Bərbad müdafiə, yanlış taktika
[02.08.2012]

Anar Xanlarov

Çox təəssüf ki, Avropadakı yeganə ümidimiz olan “Neftçi” də bizləri məyus etdi, Çempionlar Liqasının III təsnifat mərhələsində İsrail çempionu “Hapoel”ə 0:4 hesabıyla uduzdu. Komandamızın məşqçisi Tərlan Əhmədov oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, hələ bu məğlubiyyət hər şeyin sonu demək deyil. 

Bəli, mən də razıyam. Qarşıda cavab oyunu var, möcüzə ola bilər (baxmayaraq ki, mən bunu gözləmirəm). Bundan başqa, bu mərhələni uduzsa belə, “Neftçi” Avropa Liqasının pley-off mərhələsində oynayacaq, bu turnirin qrup mərhələsinə düşmək şansını saxlayacaq. Baxmayaraq ki, “Hapoel” səddini aşmaqla bunu rəsmləşdirə bilərdi. Bir sözlə, bundan sonra olacaqları müzakirə etmək fikrində deyiləm.
Sadəcə, dünənki oyunda diqqətimi çəkən, məğlubiyyətə səbəb kimi gördüyüm bəzi məqamları bölüşmək istəyirəm. “Neftçi” niyə uduzdu?

Təbii ki, ilk növbədə çox zəif oynadığı üçün uduzdu. “Hapoel” elə də güclü komanda deyildi və açığını deyim, ilk hissənin gedişi qətiyyən bu cür hesabdan xəbər vermirdi. Sadəcə, “Neftçi” o qədər zəif oynadı ki, rəqib özü də böyükhesablı qələbə qazanmamağın günah olduğunu anladı. Görünür, buna görədir ki, İsrail çempionunun baş məşqçisi hər qoldan sonra meydançaya daha bir hücumçu buraxırdı. “Neftçi”nin müdafiə xətti çox bərbad oynadı. Əslində, hələ “Zestafoni” ilə Bakıdakı qarşılaşmadan sonra mətbuat bununla bağlı həyəcan təbili çalmışdı. Çünki hələ o vaxtdan hiss olunurdu ki, İqor Mitreski çox ağırdı və daha səviyyəli rəqiblərlə oyunlarda çatdırmayacaq. Gürcüstandakı cavab qarşılaşmasında da müdafiədəki boşluqlar çılpaqlığı ilə üzə çıxdı. Dünən bir daha bunun şahidi olduq.

Qapıçı Rauf Mehdiyev də imkanlarından qat-qat aşağı səviyyədə çıxış etdi. Konkret ikinci və üçüncü qollarda onun kobud səhvi var idi. Cavid İmamverdiyev isə deyəsən, “Zestafoni” ilə oyundan sonrakı təriflərin xumarından hələ ayılmayıb. Vobay, Flavinyo və Rəşad Sadiqov isə 1-2 epizodu çıxmaq şərtiylə, heç nə ilə yadda qalmadılar. Kanaresin artıq çəkidən əziyyət çəkməsi də göz önündə idi.

Məğlubiyyətin ən əsas səbəbi isə mənə görə seçilən yalnış taktika idi. Təran Əhmədovun ən böyük səhvi dünənki oyunu sırf müdafiədən qurması oldu. Təbii, başa düşürəm, “Hapoel” “Zestafoni” deyil, üstəlik, rəqiblə səfərdə oynayırıq. Ancaq bu, bizə əsas vermirdi ki, ilk dəqiqələrdən müdafiəyə qapanaq. Mən demirəm ki, elə ilk dəqiqələrdən arxanı boş buraxıb hamılıqla hücuma atılmalıydıq. Xeyr. Əlbəttə, müdafiəyə xüsusi diqqət ayırmalıydıq. Ancaq yenə deyirəm, bütünlüklə arxaya qapanmamalıydıq. “Neftçi”, sadəcə, öz oyununu oynamalı idi. Həmişə görməyə adət etdiyimiz oyununu. Top saxlamaq, qısa ötürmələr, ani ara pasları və sürətli əks-hücumlar. Necə ki, “Zestafoni” ilə səfər qarşılaşmasında məhz bunun hesabına məğlubiyyətdən qurtulduq.

Ancaq dünən komanda mərkəzi rəqibə verib tamamilə arxaya qapanmışdı. Hətta Vobay belə top götürmək üçün öz cərimə meydançamıza qədər gəlirdi. Heç olmasa, 0:1-dən sonra bu taktikanı dəyişmək olmazdı? Axı nəyə görə qorxaq futbol oynadıq ki, rəqib də ard-arda qolları sıraladı? “Hapoel”in baş məşqçi də sanki bunu görürmüş kimi, ard-arda oyuna üçüncü, dördüncü hücumçunu buraxaraq daha çox qol vurmağa çalışırdı. Amma ikinci qoldan sonra taktiki dəyişiklik edib irəli çıxmaq, rəqibi öz qapısına doğru sıxmaq olardı. Əhmədovun mənə qaranlıq qalan daha bir addımı Mitreskini  90 dəqiqə meydançada saxlaması oldu. Axı, bu futbolçunun ağır olması, çatdırmaması görünürdü. İlk qolda penaltiyə səbəbkar oldu, ikinci qolda həm süni oyundankənar vəziyyət yarada bilmədi, həm də rəqib hücumçunu gözdən qaçırdı, üçüncü qol da onun nəzarət etməli olduğu mərkəzdən vuruldu. Olmazdı ki, Əhmədov Mitreskini əvəzləyib Saşa Yunisoğlunu meydançaya buraxaydı? Uduzuruq, uduzuruq elə qoy, öz oyunçumuzla uduzaq da.

Artıq Çempionlar Liqasının qrupu bizim üçün xəyaldı. İndi toparlanıb dünənki oyundakı səhvlərdən nəticə çıxarmaq və növbəti oyunlarda bu səhvləri təkrarlamamaq lazımdır. “Hapoel” səddini keçməsək belə, Avropa Liqasının pley-off səddini keçib qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə.

Anar XANLAROV

7697 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?