Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
“Mən əyyaş deyiləm” – Aleksandr Əliyev

Yazarlar
 Rəşad haqda...
Aydın BAĞIROV
 FİFA və UEFA-ya belə üzv olduq...
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" ÇL-də mübarizəni dayandırdı
"Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
"Başqa çıxış yolumuz yoxdur" - Qurban Qurbanov
"Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"
Linklər
525ci Qəzet

“Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
[07.06.2018]

Şakir YAQUBOV

Tarix


Bu mövzuya müraciət etməyimin səbəbkarı yeni dövrdə ölkədə futbol mətbuatının bacarıqlı naşiri və istedadlı qələm sahibi Mahir Rüstəmli oldu: hərəkətsizliyimi nəzərə alaraq televiziya çəkiliş qrupu ilə yaşadığım evə gəldi və xahiş elədi ki, Azərbaycanda idman jurnalistikasının tarixi barədə  bir-iki kəlmə söz söyləyim. Mən də müvafiq qeydlər olmadan kameranın qarşısında əyləşib nə söyləmək mümkünsə onu da dedim...

Üstündən təxminən bir ay keçəndən sonra “Futbol +” qəzetindən bir cavan oğlan zəng vurdu və bu mövzuda məndən müsahibə almaq istədiyini bildirdi. Mən telefonla müsahibə vermək kimi iş üslubuna alışmadığıma görə müsahibədən imtina elədim. Amma bilmədim ki, bu mövzu həmin qəzetin səhifələrinə çıxdı ya yox. İndiki yazı bir növ həmin cavanın sorğusuna cavabımdır. Bu həm də feysbukda AFFA Mətbuat Komitəsinin (bilməyənlər üçün deyim ki, onun da rəhbəri M.Rüstəmlidir) himayəsi ilə hazırlanmış bir müsahibədəki yanlış fikirlərə bir növ aydınlaşdırmadır. Həmin müsahibəni verən şəxs bilərəkdən ya bilməyərəkdən özünün vaxtilə redaktoru olduğu xəbər qəzetini az qala Azərbaycan futbolunun salnaməsi kimi qələmə vermiş, futbolumuzun təşəkkül tarixini də özünün bildiyi, yaxud belə deyək, özünə sərf eləyən tərzdə şərh eləmişdi.

Təbii ki, o da, mən də bir məqsəd güdürük: tarixi indiki və gələcək nəsillərə çatdırmaq. Bunun üçünsə deyilənlər kiminsə mənafeyi baxımından deyil, olduğu kimi, tarixi həqiqət kimi izah olunmalıdır...

***

Əvvəl idman, daha doğrusu, futbol  mətbuatının tarixi barədə.

Sovet illərində Azərbaycanda idman mətbuatı adına bircə ixtisaslaşmış qəzet vardı – 1932-ci ildən 1970-ci il yanvarın 1-dək “Azərbaycan bədən tərbiyəçisi” – “Fizkulturnik Azerbaydjana” adı ilə Azərbaycan və rus dillərində nəşr olunan “İdman” – “Sport” qəzeti. Mənim həmin qəzetlə daimi oxuculuğa başladığım 1967-ci ildən bəri bu nəşrə mərhum Mirpaşa Miriyev rəhbərlik edirdi. Redaksiyada peşəkarlar çalışırdı, çoxu da idman veteranları idi, amma aralarında xalis jurnalistlər də vardı – elə həmin Mirpaşa müəllim, sovet dövründə respublikadakı azsaylı əməkdar jurnalistlərdən olan Aqşin Kazımzadə, indi “Xalq qəzeti”ndə çalışan Oqtay Bayramov, sonralar Bakıda və Moskvada çıxan digər qəzet-jurnal redaksiyalarında işləyən Yuli Segeneviç, Aleksandr Kiknadze, Telman Fərəcov, Rafiq Sədrəddinov və başqaları.

İxtisaslaşmış olmayan nəşrlərdə də çox peşəkar və istedadlı idman yazarları vardı: “Bakı”da Şamil Şahməmmədov, “Baku”da Oqtay Atayev və Mark Peyzel, “Vışka”da Vaqif  Əliyev, “Kommunist”də Zahir Zahirov, “Azərbaycan gəncləri”ndə Firdovsi Zamanov, Yusif İsmayılov və Urxan İsmayılov, “Bakinski raboşi”də Aleksey Balayan və  Harun Akopov. Daha əvvəllər –  40-cı illərin sonu və 50-ci illərdə də bu qəzetlərdə azı “statistik” fəaliyyəti ilə məşğul olanlar çalışmışdı. Onların hər birinin həm mətbuat aləmində və həm də oxucular arasında öz nüfuzu və xüsusi “çəki”si vardı...

Sovet dönəminin “yıxılmağıyla” mətbuat sahəsində də bir boşluq yarandı və bu, daha çox maddiyyatla bağlı idi. Deyək ki, o vaxt respublikada idman işlərinə rəhbərlik edən Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin ləğv edilməsi adını çəkdiyim “İdman” – “Sport” qəzetini də Allahın ümidinə qoymuşdu. İndiki “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində bu qəzetin neçə  illik  bağlamalarının və digər redaksiya müxəlləfatının dəhlizdə qalaqlandığını günlərin birində  öz gözlərimlə görmüşəm.

Bax, elə təxminən  o dövrdə, yəni 1992-ci il  martın 12-dən respublikada A4 formatlı “Futbol dünyası” –  “Mir futbola” qəzeti çıxmağa başladı. Hər iki nəşrin baş redaktoru bundan əvvəl “İdman” – “Sport” qəzetinin Naxçıvan Muxtar Respublikası  üzrə xüsusi müxbiri, bizim  Mişa deyə çağırdığımız Mixail Panin, təsisçiləri isə “Neftçi” futbol klubu və redaksiyaların yaradıcı kollektivi idi. İndiki meyarlarla yanaşanda məhdud sayda yaradıcı heyətlə ərsəyə gələn  qəzet yetərincə normal tirajla çap olunurdu: Azərbaycan dilində – 7000, rus dilində 3500 nüsxə tirajla.

Həftədə bir dəfə çıxan qəzetdə o dövr üçün nələr yox idi? İlk nömrədə baş redaktor yazırdı: “Əziz oxucumuz, bizim həftəliyi alsanız, birinciliyin (hələ necə olacağı bilinməyən futbol  üzrə ölkə çempionatı nəzərdə tutulur – Ş.Y.) gedişindən ətraflı xəbər tuta biləcəksən. Sən həm də planetimizin qalan yerlərində, o cümlədən də keçmiş İttifaqda baş verən futbol hadisələrindən hali olacaqsan. Biz səni Azərbaycan futbolunun yarandığı vaxtdan indiyədək onun tarixi ilə tanış edəcək, respublikamızın və dünyanın keçmişdə və indiki məşhur futbolçularından söhbət açacaq, Cimmi Qrivsin, Ələkbər Məmmədovun, Mişel Platininin, Renat Dasayevin, Toni Şumaxerin, Tofiq Bəhramovun, İvo Viktorun, Eduard Streltsovun xatirələrini təqdim edəcək, Pele, Qarrinça, Bekkenbauer haqqında kitabların qəzet variantını verəcəyik...”  

Elə təqdimat nömrəsinin rubrikaları çox şeydən xəbər verirdi: “Həftədən-həftəyə”, “Azərbaycan futbolunun qvardiyaçıları”, “Ev-eşik qayğıları”, 13-cü səhifənin qonağı”, “Ətrafımızda və yanımızda”...
12-ci nömrədən, yəni 28 may 1992-ci ildən etibarən AFFA-nin loqosu ilə nəşr olunan, 31-ci nömrədən etibarən isə təsisçilərinin sırası (AFFA və redaksiyanın yaradıcı kollektivi) təzələnən qəzet sonuncu dəfə  5 noyabr 1992-ci ildə 1-ci səhifədəki “Çempionat başa çatdı...Yekunları növbəti nömrədə” manşet-anonsuyla çıxdı. Sonrakı nömrələri isə  gözləməyə lüzum qalmadı: naşirlər, yəni təsisçilər öz fəaliyyətinə nöqtə qoymuşdular. 

Cəmi 7 aylıq fəaliyyətinə  baxmayaraq, “Futbol dünyası” – “Mir futbola” qəzeti  sözün əsil mənasında 1992-ci il üçün Azərbaycan futbolunun tarix salnaməsidir! Burada müstəqil Azərbaycanda futbolun təşəkkülü, ilk çempionatın təşkili və keçirilməsi, milli yığma komandanın formalaşdırılması və Gürcüstan milli seçmə kollektivi ilə ilk yoldaşlıq matçının keçirilməsi və s. barədə vacib tarixi əhəmiyyəti olan məlumatlar toplanmışdır.

“Futbol dünyası” – “Mir futbola” qəzeti  bağlandıqdan təxminən iki ay sonra – 1993-cü il yanvarın 6-da rus dilində eyni formatlı “Futbol-ekspress” qəzeti nəşrə başladı. “Centaur corporation” adlı kiçik müəssisənin təsis etdiyi bu qəzet sanki bir qədər əvvəl nəşrini dayandırmış qəzetin davamı idi. Belə ki, yeni qəzetin 5000 nüsxə tirajla çap olunmuş birinci nömrəsinin  təxminən yarısı Azərbycanın futbol üzrə  ilk çempionatının yekunlarına, o cümlədən “İlin ən yaxşı futbolçusu”na həsr olunmuşdu. Nömrədə tarixi mənada əhəmiyyət kəsb edən əsas material isə AFFA İcraiyyə  Komitəsinin 1993-cü il dekabrın ortalarında keçirilmiş iclası barədə  məlumatdır.
“Futbol dünyası” – “Mir futbola” ilə müqayisədə fakt və rəqəmlərlə bol olan bu qəzet də 1993-cü ildəki  nəşrini noyabrın 27-də dayandırmışdır. Qəzetin sonrakı – 47-ci nömrəsi  təxminən beş ay sonra... 1994-cü il aprelin 21-də çıxmış və bununla da qəzet öz varlığına son qoymuşdur. Hər halda  “Futbol-ekspress”dən  ikinci və üçüncü çempionatlar barədə kifayət qədər məlumat əldə etmək olur.

1994-cü ildə AFFA ikinci dəfə qəzet nəşr etdirməyə təşəbbüs göstərmiş və “AFFA news” qəzetini təsis etmişdi. Maddi çətinliklər ucbatından yetərincə ardıcıl çıxmayan bu qəzetin əsas nöqsanı onun idarə mənafeləri çərçivəsindən kənara çıxmaması idi. Təxminən bir il sonra AFFA  bu qəzeti İcraiyyə Komitəsinin üzvü, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin himayəsinə verdi. Artıq bu prosesdə mən də iştirak edirdim. 1995-ci il noyabrın 17-də qəzetin 25-ci nömrəsini buraxdıq. Bir sıra vacib yeniliklər etdik: məsələn, qəzetin əvvəlki nömrələrində olmayan oyun protokollarını dərc etməyə, protokollarda yol verilmiş xətaları düzəltməyə başladıq, həmin dövrdə ölkənin futbol həyatında baş verən hərc-mərcliyə məhəl  qoymayaraq, qalmaqallı materiallar vermədik, bir sözlə, klassik qəzet nəşr elədik. Və bu qəzet də pulsuzluğun badına getdi: 1998-ci il yanvarın 11-də qəzetin 128-ci nömrəsini buraxdıq və bununla da “AFFA news”u tarixin arxivinə verdik...

Bundan təxminən 8 il sonra AFFA “Futbol dünyası” adlı qəzetin nəşrinə başladı, daha doğrusu bu adda qəzetin nəşrini bərpa etdi. Baş redaktoru  ali futbol   qurumunun  şöbə müdiri Mikayıl Nərimanoğlu olan qəzetin ilk nömrəsi 2006-cı il aprelin 12-də çıxmış və Bakıda keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq matçına həsr olunmuşdu.  Həftədə üç nömrə olmaqla çıxan qəzetin sonuncu nömrəsi 21 dekabr 2015-ci ildə işıq üzü görmüşdü. O vaxt bəyan edilmişdi ki, “2016-cı ildən qəzet buraxılmayacaq. Futbolun təbliği  üçün  sosial şəbəkələrdən – facebook və twitterdən istifadə ediləcək. “Futbol dünyası” isə sayt formasında da aktiv olmayacaq”.

Belə də oldu. Amma bizim bununla işimiz yox, bu, sonranın – idman (futbol) nəşrlərinin yetərincə  bol  olduğu bizim günlərin söhbətidir, buna  isə ilk nömrəsi 1997-ci il oktyabrın 22-də çıxan müstəqil “Futbol +” qəzeti rəvac vermişdi. Həmin vaxtdan bəri ölkədə futbol qəzetləri və saytlarının sayı-hesabı bilinmədi. Qəzet aləmində baş verən müxtəlif dərəcəli çətinliklərə duruş gətirən də elə bu qəzet oldu: artıq 23-cü ildir ki, normal dövriliklə çıxmaqda davam edir...

Şakir YAQUBOV

7943 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
29.07.2018  12:43 FİFA və UEFA-ya belə üzv olduq...
14.05.2018  11:31 Bir az dərindən düşünsək...
14.02.2018  13:48 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  15.08.18
23:00
  "Barselona" "Boka Xuniors"a qalib gəlib kubok qazandı
22:15
  "Real" - "Atletiko": heyətlər
21:39
  O da millidəki karyerasını başa vurdu
20:59
  "Kapitan olmaq böyük şərəfdir" - Lionel Messi
20:18
  "Mançester Siti"də ciddi itki
19:29
  Ronaldo "Yuventus"da növbəti qolunu vurdu
18:48
  Ndlovudan 11-ci qol
18:42
  Klublarımızın yay transferləri - Yenilənir
18:25
  Orxan Sadıqlı "Sumqayıt"da – rəsmi
18:02
  İnyesta ardıcıl 2-ci oyunda qol vurdu
17:34
  "Qarabağ"ın uğursuzluğunu Rəşadla bağlamaq ədalətsizlik olardı" – Şahin Diniyev
17:20
  Avropanın ən güclüsü müəyyənləşir - Yenilənir
16:50
  Subaşiç Xorvatiya millisindən getdi
16:23
  Kovaçdan "Bavariya"nın futbolçularına telefon qadağası
16:07
  “Mən əyyaş deyiləm” – Aleksandr Əliyev
15:33
  "İnyesta "Barselona"ya qayıdacaq" - Bartomeu
15:00
  "Çelsi"nin futbolçusu "Torino"da
14:45
  "Qarabağ"la oyun daha ağır oldu" – BATE-nin yeni transferi
14:27
  Zidan Mourinyonun yerinə göz dikib
13:58
  Çempionlar Liqasının yeni topu – Şəkil
13:30
  “Zirə” - “Keşlə” oyununun yeri dəyişdirildi
13:18
  "Premyer Liqada 8 komanda çox azdır" – Bahodir Nasimov
12:50
  Kavani qayıdır
12:35
  Messi milli karyerasına fasilə verir
12:10
  "Mançester Yunayted"in təklifini rədd edib
11:45
  "Roma" millinin üzvü ilə yolları ayırdı
11:27
  "Real" - "Atletiko": əmsallar açıqlandı
11:10
  "Fənərbaxça" - "Benfika" - Video
10:55
  "Qarabağ"ın hücumları elə də kəsərli alınmırdı"
10:30
  "Real" - "Atletiko": hansı kanallarda?
10:09
  "Qarabağ"ın azlıqda qalması bizə çox kömək etdi" - BATE-nin futbolçusu
09:42
  Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi
01:46
  Dünya çempionu “Roma”da
01:29
  ÇL-in pley-offunda qarşılaşacaq cütlüklər
01:10
  “Fənərbaxça” “Qalatasaray”a milyonlar qazandırdı
01:02
  "Fənərbaxça", "Seltik" və "Spartak" ÇL-dən kənarda qaldı
00:32
  "Qarabağ" layiqli rəqib idi” - Qleb
00:14
  Qriqorçuk və Almeyda da ÇL-lə vidalaşdı
00:00
  "Qarabağ" sonadək təslim olmadı" - Aleksey Baqa
  14.08.18
23:40
  "Heyətimizin yeniləndiyini nəzərə almalıyıq" - Qurban Qurbanov
23:11
  "Qarabağ"a sərf etməyən bərabərlik - Video
22:48
  "Qarabağ" ÇL-də mübarizəni dayandırdı
21:45
  “Barselona” və “Real”ın futbolçuları “Leqanes”də
20:36
  "Sevilya"nın futbolçusu "Roma"da
19:50
  BATE - "Qarabağ": start heyətlər
19:19
  Spaletti "İnter"lə müqaviləni uzatdı - rəsmi
18:55
  "Modriç gec-tez İtaliyaya gedəcək" - agenti
18:40
  "Mançester Siti" onu da icarəyə verdi
18:16
  Çerışev "Valensiya"ya keçdi
17:51
  Yığmamız "Qarabağ"ın oyununda
17:40
  Mandzukiç millidəki karyerasını başa vurdu
17:27
  "Keşlə"dən 2 transfer - rəsmi
17:09
  Milimiz Belarusa qalib gəldi
16:50
  "Qoy, Qleb "Qarabağ" haqda bir də belə danışmasın"
16:28
  La Liqanın oyunları "Feysbuk"da canlı yayımda
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore