Futbolu ləkələyən qumarbazlar haqda [03.05.2018] Aydın Bağırov Oxucuların yadında qalar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar. Dedilər, İbranın hansısa bukmeyker kontoru ilə müqaviləsi var, olmaz. Hamının anlayacağı dildə ifadə etsək, FİFA-ya görə, isveçli futbolçu gizli sövdələşməyə gedərək oyunlardan “çirkli pullar” əldə edə bilər. FİFA İbrahimoviçin bu əməkdaşlığını qabartmaqla guya “futbol qumarı”na qarşı olduğunu göstərdi. Futboldan başı çıxmayan naşı adamlara da elə görünə bilərdi ki, doğrudan da, bu dünyada FİFA qədər ikinci təmiz bir qurum yoxdu. Bəs, əslində həqiqət necədi? Birbaşa faktlara keçək. Lap yaxın tarixdə, bir neçə il bundan əvvələ qədər bütün dünyanın gözü qarşısında “Real” və “Milan” kimi klublar nəhəng bukmeyker şirkətlərindən olan “Bwin”i maykasında reklam edirdi. Başqa sözlə, ən yekə qumar oynadanlar bu iki böyük klubun sponsoru idi. Onda FİFA, yaxud UEFA nə edirdi? Səssiz-səmirsiz “Real”ın, “Milan”ın oyunlarını müşahidə edirdi. Deyən də yox idi ki, sən niyə futbol qumarbazlarını reklam edirsən? Ən əsası bukmeyker şirkətini reklam edənlər sabah elə həmin şirkətin diqtəsi ilə çirkli oyunlarda iştirak etməzmi? Bunu FİFA, yaxud UEFA soruşdumu? Yox! Klublara cəza verən oldumu? Yox! Bir halda ki, söhbət balacalardan düşdü, biz yazıya FİFA-nın kiçik modeli olan UEFA-yla yekun vuraq. Məlum, bu qurumu çox vaxt nümunə kimi göstərirdilər ki, onlar FİFA qədər korrupsiyaya bulaşmayıblar. Amma Platini ətrafındakı qalmaqaldan sonra çoxları yatmış yuxudan oyandı və əmin oldu ki, FİFA-yla UEFA elə bir medalın iki üzüdü. Ona görə də ən son bu günlər Çempionlar Liqasındakı yaşanan hoqqalar təəccüblü gəlməsin. Komandaların haqları futbol mafiyasının peşkasına çevrilən bəzi hakimlərin əli ilə göz görə-görə bu qədər yeyilirsə, nəticəyə birbaşa təsir edəcək qərarlar verilmirsə, deməli, heç nə təsadüfi deyil, təsadüfi ola bilməz... Heyf Cüneyt Çakıra! Aydın BAĞIROV |