Banişevskiyə necə kələk gəldilər? [11.12.2017] Aydın Bağırov Dünən ölməz Banişevskinin vəfatından 20 il keçdi. Yetirməsi olduğu “Neftçi”nin kollektivi, bir də 3-5 idman jurnalistini çıxmaqla futbolumuz üçün bu kədərli tarixi yada salan olmadı. Nə AFFA, nə də... Komanda yoldaşları bir-bir bu dünyadan köçüb gedir. Ona görə də ölüm və doğum günündə qəbrini ziyarət edənlərin sayı da ilbəil azalır. Amma qınamayın, bizim yaşayan bir çox futbol veteranını. Axı, Banişevskinin qəbrini ziyarət edənə pul vermirlər... *** Ən böyük, səmimi, təmənnasız patriotluq həm də belə olur... *** Bu sözləri dəyəndən 3-4 il sonra Banişevski yaşamaq uğrunda son mübarizəni aparırdı. Və elə həmin həssas, bir insanın taleyinin həll olunduğu dövrlərdə bəzi futbol adamları və işbazlar onun adından istifadə edərək pul qazanırdılar. Baş verən bir hadisə isə mənəviyyatsızlığın lap zirvəsi idi. Sağlığında onun şərəfinə futbol turniri keçirərək pul yemişdilər. Pula dəhşətli dərəcədə ehtiyacı olan Banişevskinin özünə isə kələk gəlib saxta 50 dollar vermişdilər! *** Hə, Banişevski 20 ildi bizimlə deyil. Danışanda hamı onu qəlbində yaşatdığını deyir. Sən də, mən də, elə AFFA da. Amma Azərbaycanın bu böyük oğlunun adını daşıyan stadion bu gün mal-qaranın otlaq yerinə çevrilib. Masallı Rayon İcra Hakimiyyəti, heç ayıb deyil? |