Futbolmuzun Nicatı naminə!
[19.09.2017]

Anar ŞABANOĞLU

Nicat Muxtarov son illərdə Azərbaycanda yetişən nadir istedadlı və gələcəkdə böyük futbolçu olmaq potensiallı gəncdi.

1995-ci il iyunun 1-də dünyaya gəlib. İndi 22 yaşı var. 2015/16 mövsümündə "Rəvan"dakı oyunu ilə bütün futbol ictimaiyyətinin və azarkeşlərin diqqətini özünə cəlb etməyi bacardı. Ölkə futboluna yeni fövqəlistedadın gəldiyini anlayan hər kəs sevinirdi. Nicat U-21-in məşqçilərinin də diqqətini çəkmişdi.  Avstriya ilə matçda U-21də debüt etdi. 2016-cı ilin yanvarında "Sumqayıt"a transfer olan Muxtarov yeni klubunda "Rəvan"dakı kimi əvəzedilməz sima olmasa da zaman-zaman oyunu ilə istedadının itmədiyini göstərirdi.

Nə oldusa ötən mövsümün sonu oldu. Sonuncu dəfə aprelin 15-i "Zirə" ilə oyunda rəsmi qarşılaşmalarda "Sumqayıt" forması geyən Nicat Muxtarovu baş məşqçi Samir Abbasov bu mövsüm bir dəfə də olsun sifariş ərizəsinə daxil etmədi.  Deyilənə görə bunun səbəbi futbolçunun zədəli olması son bir həftədə isə "xəstədi" bəhanəsi ilə məşqlərə gəlməməsidi...

Avstriya ilə oyundan sonra türklərin əlindən tıxac yaranan U-21-in formasını da bir daha geymədi...

Nicatı bu vəziyyətə kim saldı? Samir Abbasov, U21-in artıq keçmiş baş məşqçisi Yaşar Vahabzadə, ailəsi, yoxsa başqası? Əslində, bu sual indi əhəmiyyətsizdi. Məsələni faktlarla dəqiq bilməsək də, çox güman elə özüdü əsas günahkar. Premyer-liqada oynayan və ən azı 1500-2000 bəlkə daha çox maaş alan futbolçunu xırda oğurluğa məcbur edən səbəbləri də bilmirik.

Amma indi günahkar axtarmaq zamanı deyil. İndi Nicata kömək etmək zamanıdı! 22 yaşlı bu uşağın istedadını türmələrdə çürütməsinə imkan vermək olmaz. Biz Nicat Muxtarov kimi istedadların minlərlə yox, heç onlarla olduğu bir ölkə deyilik. Nicat birmənalı səhv edib. Pis insanların əhatəsinə düşdüyü dəqiqdi. Bəlkə də cinayət də edib, dəqiq bilmirik... Amma ehtiyac ucbatından edilən bu kiçik oğurluğa görə (əgər bu fakt dəqiqdisə) Nicatın karyerasını və həyatı məhv etmək olmaz. Çünki, o gələcəkdə ilk növbədə milli komandamıza lazımdı!

"Sumqayıt" klubu vaxtilə gənclik səhvi ucbatından adam ölümünə səbəb olan Araz Abdullayevin arxasında durub onu ikinci dəfə futbolumuza qazanadıran "Neftçi"dən nümunə götürməlidi. Futbol ictimaiyyəti isə bu işdə "Sumqayıt"a əlindən gələn dəstəyi əsirgəməməlidi. Allah qapını açsın, Nicat!

Nicatı böyük futbola qazandıran "Simurq" və "Rəvan" artıq yoxdu. Nicatın potensialını tam açan baş məşqçi, veteran futbolçumuz Emin Quliyev səhv etmirəmsə işsizdi. Allah ona da kömək olsun!

Yazını isə "Simurq"un keçmiş mətbuat katibi Rüstəm Allahverdiyevin sözləri ilə bitirirəm: “Nicati mən çox yaxşı tanıyıram. Nicatın yaxşı futbolçu olması üçün “Simurq”da oynadığı zaman məşqçilər korpusu və klub rəhbərliyi əlindən gələni edirdi. Onun ailəsində problemlər var idi. Komandaya istirahət verilən kimi Nicat növbəti turda çox pis oyun göstərirdi. Bundan sonra klub rəhbərliyi onun bütün ailəvi problemlərini həll elədi, məşqçilər korpusu, xüsusən də Rövşən müəllim bir an belə onu gözündən kənar qoymurdu. Hətta əsas komandaya qoşulduqdan sonra onun üçün xüsusi günlük proqram qurulmuşdu. Çox heyf... Xəbəri oxuduqdan sonra çox pis oldum. Çəkilən əziyyət gözümün qabağından bir anlıq keçdi...”

Anar ŞABANOĞLU
[email protected]

9354 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün