Bizə futbol lazımdı?
[29.08.2017]

Anar ŞABANOĞLU

"Qarabağ" fantastik bir uğur qazandı. Bu uğurun miqyasını illər sonra heç bir klubumuz Çempionlar Liqasının qrup mərhələsinin həndəvərinə yaxın düşə bilməyəndə anlayacağıq. Təbiətən bədbin adam olmasam da əminəm ki, ən azı yaxın 10 ildə heç bir klubumuz bu uğuru təkrarlaya bilməyəcək.

8 komandalı yarımhəvəskar çempionatda çıxış edən bir klubun belə bir uğur qazanması həqiqətən möcüzədi. Bu 8 komandadan 5-ni AFFA-nın maliyyələşdiyini nəzərə alsaq, mənzərə tam aydın olar. Onlara olan bütün hörmətimə baxmayaraq, ölkədə az-çox iki ciddi klub var - "Qarabağ" və "Qəbələ". Elə çempionluq uğrunda da bunlar mübarizə aparır. Mübarizə görüntüsü də demək olar. Və "Qarabağ" bu şərtlər altında ÇL-in qrupuna düşür!

...Və bu komandanı qarşılamaq üçün hava limanına ...3-5 nəfər fan-klub üzvü gəlir...

...Və bu komandanın tarixi zəfərdən sonra yeganə rəqibi "Qəbələ"ylə prinsipial oyununa 300-500 nəfər fan-klub üzvü gəlir...

...Və bu komandanı bu yerlərə gətirən adam haqda şər-böhtan xarakterli yazılar dərc olunur...

A kişi, bu adam yoxdan konfet düzəldib, 1 hücumçuyla, ehtiyatda bir hücumameylli futbolçuyla dünyanın ən mötəbər klub turnirinə yüksəlməklə əsl möcüzə edib, möcüzə!

Bəs siz nə etmisiz, futbolumuz və ya ölkəmiz üçün?!

Azərbaycan ÇL-in qrup oyunlarını qəbul etməyə birmənalı şəkildə hazır deyil! Azarkeşindən tutmuş polisinə, jurnalistindən tutmuş ən xırda məmuruna kimi nə peşəkarlıq, nə də mənəvi cəhətdən hazır deyil. Ölkə təsnifat mərhələsindədi, amma "Qarabağ" ÇL-in qrupunda!

Ən yaxşısını Prosineçki edir. Nə futbola baxır, nə də futbolçuya. Ağzına gələn tanıdığı 3-5 futbolçunu çağırır. Onların arasında qol vurmaq potensialı olan hücumçu yoxdu... Rauf Əliyev kimi, Tuğrul Erat, Ufuk Budak kimi (yeri gəlmişkən, bu oyunçular "Qarabağ"da oynayacaq potensialdadı) adları uzun müddətdi komandada görmürük. Bu müddətdə milli bütün rəsmi oyunları uduzub. Amma Prosineçkinin heç vecinə də deyil. İndi uşaq da bilir ki, millinin seçmə mərhələdə qalan oyunları formal xarakter daşıyır. Bundan maksimum istifadə edib yeni, gənc oyunçulardan AÇ-2020-də oynayacaq heyət qurmaq lazımdı. Və bu missiya Prosineçkilik deyil. O özü bunu istəmir. Bu da Qurban Qurbanovun missiyasıdı. O artıq klubda bu missiyanın icrasına başlayıb ÇL qrupunda Mahir Mədətovun, Elşən Abdullayevin başqa gənc azərbaycanlıların oyunu onlara qitə klublarının qapılarını aça bilər. Amma Qurbanov indidən həm də millinin baş məşqçisi olsa, artıq AÇ-2020-dəki heyətin skeletini qura bilər. Gəncləri "Qarabağ"a cəlb edib ÇL qrupu təcrübəsi qazandırar. Zatən “Çelsi”, “Atletiko” və “Roma” kimi klublar olan qrupda "Qarabağ"ın daha bir möcüzə göstərməsi o qədər də inandırıcı görünmür. Bu məqamda bahalı legionerlərə pul xərcləmək artıq məsrəf olar. Çünki çempinatda da "Qarabağ"a birincilik yolunda kiminsə maneə törədəcəyi real deyil. Belə olan halda yerli gənc futbolçulara şans verib onları AÇ-2020-yə hazırlamaq ən doğru addım olar. Qurban Qurbanovun həm "Qarabağ", həm millidə çalışıb uğurlarını və uğurlarımızı daha da artırmaq şansı çox böyükdü. Amma bu haqda son fikir AFFA rəhbərliyinindi.

Yığmanın bu heyət və istəksiz baş məşqçi ilə Norveçə qarşı uğurlu nəticə qazanmaq ehtimalı az görünür. İstisna etmirəm ki, Norveçlə matç Prosineçki üçün son ola bilər. Bundan sonra sentyabrın 4-də San-Marino ilə oyunda "Bakcell Arena"da Qurban Qurbanovun debütünə şans yaratmaq AFFA rəhbərliyinin son illərdə qəbul etdiyi bəlkə də yeganə faydalı və uzaqgörən qərar kimi tarixə düşə bilər.

Anar ŞABANOĞLU

9224 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
27.04.2017  12:56 Rauf Əliyevin son şansı...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün