Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Avroliqanın kuboku Bakıda - Momanidən karikatura

Yazarlar
 Biz və gürcülər
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 Futbolmuzun Nicatı naminə!
Anar Şabanoğlu
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Səbail" - "Qəbələ" - Şəkillər
Top 5
Bu gün onların toyudur
Avroliqanın finalı rəsmən Olimpiya stadionunda - UEFA açıqladı
Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə
Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
Linklər
525ci Qəzet

Lobanovski və bizim Qurban
[16.08.2017]

Aqil Abbas

SSRİ-də bir Lobanovski mifi vardı. Təkcə Sovetlər Birliyində deyil, bütün dünyada məşhur idi. Bəlkə dünyada onun qədər çempionluq yaşayan, kubok alan, eləcə də gümüş və bürünc medallar qazanan ikinci bir məşqçi yoxdu. Avropa çempionu da olmuşdu, Avropa Super Kubokunu da qazanmışdı. Və bütün bu uğurları da «Dinamo» Kiyevin adına yazdırmışdı.

Çox qaradinməz, bizim Qurban Qurbanov kimi soyuqqanlı, özünütərifdən uzaq və futbolçuları da öz doğmaları kimi sevən təvazökar bir insan idi. Və mənim ən çox sevdiyim bir məşqçi idi. 90 dəqiqə də oturardı ehtiyat oyunçularının yanında və nehrə kimi çalxalanardı.

Sevinirəm ki, Lobanovskidə olan bütün əlamətlər bizim Qurbanda var. Amma Lobanovskinin «Dinamo» Kiyevi vardı, onun üçün oyunçu yetişdirən Odessası vardı, Donbası vardı, Luqanskı vardı, Simferopolu vardı, Lıvovu vardı və saysız-hesabsız uşaq futbol məktəbləri vardı.

Qurban Qurbanovda isə bu imkanlar yoxdu. Bölgələrimizdə futbol demək olar ki, çox zəifdi, olan futbol da futbol deyil, top-topdu. Lobanovskidə olan imkanlar Qurban Qurbanovda olsa, eləcə də bu gün futboldan kənarda qalmış Böyükağa Hacıyev kimi, Ağasəlim Mircavadov kimi, Vaqif Sadıqov kimi məşqçilərimizdə olsa, onda Avropada təkcə «Qarabağ» və «Qəbələ» ilə deyil, daha çox komandalarla meydan sulayardıq.

Lobanovskidən iki misal çəkmək istəyirəm. Yeniyetmələr arasında Buryakı kəşf edir. Arıq, cılız, top dəyəndə yıxılan, çəlimsiz bir uşaq. Lobanovski yüzdən çox yeniyetmənin içindən onu seçəndə hamı təəccüblənir. Bu dahi məşqçi onu bölgədən gətirir Kiyevə. Düz bir il onun qulluğunda durur, heç ümumi məşqlərə də buraxmir. Yedirdir, içirdir, özü ilə qaçırdır, özü ilə məşq etdirir. Buryakı əsl idmançı formasına salır. Sonra Buryak bilirsiniz də nə oldu? Dünyanın ən güclü futbolçularından biri. 30-35 metrlikdən bu çəlimsiz oğlan cərimə zərbələrindən qol vururdu. Heç bugünkü Messidən geri qalmırdı.

İqor Belanov. O da Buryak kimi çəlimsiz. Lobanovski oyunçu seçməyə gedir gərək ki, Odessaya. Yüzdən çox gənc futbolçunu stadionda qaçırdırlar ki, Lobanovski onların nəfəslərini yoxlasın. Üçüncü dairəni heç başa çatdırmamış Belanov yorulur və oturur. Qaçış qurtarandan sonra Lobanovski Belanovu çağırır, deyir otur maşınıma, mənə sən lazımsan. Deyirlər ki, bu heç üç dəfə dairəni fırlana bilmədi, bunun nəfəsi yoxdu. Lobanovski gülür:

- Onun nəfəsi var, amma siz onu aça bilməmisiniz.

Sonra bilirsiniz nə oldu? İqor Belanov 100 metr məsafəyə qaçışda SSRİ rekordu vurdu.

Bunları niyə yazıram? Yəni məşqçinin duyumu, hiss etməsi, oyunçunun potensialını görməsi, kəşf etməsi, onu öz balası kimi sevməsi! Bütün bu xüsusiyyətlər bizim Qurbanda da var.

Görün, Lobanovski kimləri yetişdirmişdi ey: Bloxin, Zavarov, Buryak, Belanov, Rats, Yaremçuk, Bal… Bunların hər biri bugünki futbol dünyasında yüz milyon qiyməti olan oyunçulardı. Və yuxarıda qeyd etdiyim kimi, bütün Ukrayna Lobanovskiyə işləyirdi, «Dinamo» Kiyevə işləyirdi. Amma onu da qeyd edim ki, bütün Ukrayna təkcə Lobanovskiyə işləmirdi. «Çernomorets» vardı, «OİK»i, «Şaxtyor»u, «Zaryas»ı, «Tavriya»sı, «Karpat»ı vardı. Bunlar hamısı yüksək liqada oynayırdılar, özü də həmişə medallar uğrunda oynayırdılar. Çempion da olurdular, gümüş, bürünc medallar da qazanırdılar.

Əhməd Ələsgərov «Çernomorets»i birinci liqadan götürüb bircə ilin içində yüksək liqaya daşımışdı və elə həmin il də komandaya gümüş medal qazandırmışdı. Moskvanın futbol mafiozları bir azərbaycanlının belə bir uğuruna təbii ki, göz yuma bilməzdilər. Və Əhməd Ələsgərovu elə vurdular ki, neçə il özünü düzəldə bilmədi.

Bəli, Qurbanın Lobanovski kimi imkanları yoxdu, amma Lobanovski kimi duyumu var, futbolçunu kəşf etməyi var, sevməyi var və hansı futbolçunu harda oynatmağı da çox gözəl bilir.

Qurbanın istədiyi xarici oyunçuları təbii ki, «Qarabağ»a gətirmək gücü (söhbət maliyyədən gedir) yoxdur. Amma seçdiyi oyunçular həmişə fərqli oyunçular olur, yəni aşağı qiymətə olsa da sayıb-seçə bilir. Və onları da komandaya həm uyğunlaşdıra bilir, həm də Lobanovski kimi potensiyalarını açmağı bacarır. Və artıq «Qarabağ»ın da öz oyun üslubunu, yəni fərqli oyun üslubunu qura bilib. Və istənilən zaman oyun vaxtı əlinin bir işarəsi ilə futbolçular onu anlaya bilir və taktikanı dəyişə bilir. Bir anın içində taktikanı dəyişmək də təbii ki, rəqib komandanı çaş-baş salır. «Kopenhagen»lə oyunda bunun bir daha şahidi olduq. Söhbət qələbədən getmir, bu futboldu – qələbəsi də var, məğlubiyyəti də. Söhbət komanda oyunundan gedir. Qurban bunu yaradıb.

Bilirsiniz Qurban niyə qaradinməz, adama yovuşmazdı? Çünki içində nə sevgi, hərarət varsa hamısını futbolumuza və futbolçularımıza verib. Növbəti görüşdə də qələbə qazanacağımıza yüz faiz əminəm. Məğlub olsaq da (dilim-ağzım qurusun) elə də böyük bir bədbəxtçilik yoxdu. «Qarabağ atları» artıq Avropa meydanlarında qabaq ayaqları ilə yaşıl örtükləri eşir, od nəfəsləri ilə stadionları qızdırır və «Qarabağ şikəstəsi» üstündə də kişnəyir. Türklərin yaxşı bir sözü var: «Avropa, Avropa, duy səsimizi, iştə, bu, türklərin ayaq səsləri!»

Avropa, Avropa, duy səsimizi,

İştə, bu, «Qarabağ atları»nın ayaq səsləri.

«Kopenhagen»lə «Qarabağ»ı maliyyə məsələlərində, maddi-texniki baza məsələlərində bir tərəziyə qoymaq olmaz. Ağır gələrlər.

Bir dəfə, 19 il əvvəl, Çexiyanın «Yablonets» komandası ilə görüşürdük, orda. Ağasəlim Mircavadovun sözü olmasın, onda «Qarabağ» futbolçuları peraşki ilə dolanırdılar, vitamin əvəzinə krant suyu içirdilər, oyunlara və məşqlərə marşrut avtobuslarla gedirdilər. Oyunçuların çoxu da ya zirzəmilərdə yaşayırdı, ya da yataqxanalarda.

Bəs, «Yablonets»in nəyi vardı? Şəhərin əhalisi Ağdam şəhərinin əhalisindən az idi, 50 min sakini vardı. 15 minlik möhtəşəm bir stadionu vardı, bazada hər bir oyunçu iki otaqlı (içində hər cür şəraiti olan, mətbəxdən belə) bir mənzildə qalırdı. Ayrıca məşq stadionu vardı, bundan başqa 60 metrlik əlavə bir məşq stadionu vardı. Örtülü bir zalları da vardı ki, yağış, çiskin olanda orda məşq etsinlər. Velotrekləri də vardı. Təbii ki, peraşki ilə də dolanmırdı. Həmin oyunda 5:0 uduzduq, böyük oğlum da mənimləydi. Uşaq üçüncü qoldan sonra yanıma gəlib hönkür-hönkür ağlamağa başladı. Uşağın göz yaşlarına dözməyib mən də qoşuldum ona.

Bəli, peraşkiylə demək olar ki, hər il Avropanın qapılarını döyə bilirdik.

İndi Allaha şükür, «Kopenhagen» kimi maddi-texniki bazaya malik olmasaq da, «Azərsun» «Qarabağ»a Avropa standartlarına yaxın maddi-texniki baza yarada bilib.

Tərəzidə «Kopenhagen» bizdən ağır gələr. Amma tərəzinin «Qarabağ» olan gözünə bütün bir xalqın sevgisi qoyulanda «Kopenhagen» gedir dalınca…

Stadionda bütün Azərbaycan vardı, o dediyim sevgi vardı. «Qarabağ» o sevgini özüylə aparacaq Kopenhagenə. Və təbii ki, Avropada yaşayan azərbaycanlılar, türklər, eləcə də cənubi azərbaycanlılar komandamızı yalnız buraxmayacaqlar. Burdan apardıqları sevginin üstünə sevgi qatacaqlar.

Deyəcəksiniz, futboldan nə çox yazırsan? Futbol bütün idman növlərinin şahıdı. İstəyirəm biz də şah taxtında oturaq. İstəyirəm «Kəpəz» də, «Neftçi» də, «İnter» də, «Zirə» də, «Sumqayıt» da, «Səbail» də bir dərs alsın, onlar da «Qarabağ» kimi, «Qəbələ» kimi oynasınlar. «Qarabağ» kimi, «Qəbələ» kimi Azərbaycana sevinc bəxş eləsinlər.

Rəşad Sadıqovun bir fikri ilə tamamlamaq istəyirəm yazımı. Almaniyaya uduzandan sonra Rəşada irad tutmuşdular ki, niyə alman hücumçularının qarşısını ala bilmədiniz? Təxminən belə bir cavab vermişdi:

- Onların qarşısını kəsə bilsək gedib «Barselona»da, «Real»da, «Milan» da oynayarıq da.

Darıxma, dostum Rəşad, gün gələcək Messinin də qabağını kəsə biləcəksiniz, Suaresin də, Ronaldonun da, Məsud Özilin də. Hər şeyin zamana ehtiyacı var. Artıq o zaman yetişib.

Anadır arzulara hər zaman Qarabağ,
Oxuyan dil-dodağı nə tardı, nə kamandı -
Qurban Qurbanovdu və uşaqlarıdı!..

Aqil ABBAS

6720 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  22.09.17
17:04
  Handanoviç "İnter"də qalır
16:33
  "Qara bazar"a son zərbə
16:06
  Hərdən AFFA və PFL-ə yazığım gəlir
15:35
  “Artıq "Real”da oynamağı arzulamıram" - Obameyanq
15:00
  Avroliqanın kuboku Bakıda - Momanidən karikatura
14:42
  "Rauf Əliyevi ulduz futbolçu kimi almamışıq" - baş məşqçi
14:26
  Almaniya klubunun bazasında bomba tapıldı
13:56
  Etopaz-da 41 canlı oyun
13:30
  “Bir-birimizi gözüyumulu başa düşürük” - Nazarov
13:00
  Neymar üzr istədi
12:40
  Superliqa klubunda yeni baş məşqçi
12:04
  Aqollinin sabiq baş məşqçisi La Liqa klubunda
11:45
  "Roma"nın futbolçusunun qol ötürməsi ən yaxşılar arasında - Video
11:17
  "Qarabağ" - "Sumqayıt" oyunu canlı yayımda
10:49
  Terim federasiyadan 3.5 milyon avro tələb etdi
10:30
  “Qarabağ” “Sumqayıt”a qarşı - Yenilənir
10:26
  Voleybolçularımız Avropa çempionatında ilk oyununa çıxır
10:11
  "Roma"nın hücumçusu Bakıda oynamayacaq
09:45
  Həftənin ən gözəl qolları - Video
01:47
  “Dibala getmək istəsə, onu saxlamaq qeyri-mümkün olacaq”
01:30
  Məsimovun komandası kubokla vidalaşdı
01:16
  “Arsenal”ın stadionunda antirekord
00:58
  “Barselona”nın lehinə penalti verilməsinə təəccüblənmirəm”
00:44
  Xedira məşqlərə başladı - Şəkil
00:29
  “Dinamo”nun baş məşqçisi döyüldü
00:15
  “Qarabağ” - “Roma”: 58 min bilet satılıb
00:00
  "Messi “Barselona” ilə yeni müqavilə imzalamayıb"
  21.09.17
22:49
  Qapıçılardan möhtəşəm qurtarışlar - Video
21:41
  "Çelsi"nin futbolçusu avtomobil qəzasına düşdü
21:01
  İlkayın zədəsi ciddidir?
20:38
  "Real" son klubum olacaq" - Benzema
19:57
  "Kəpəz" məşqlərə başladı
19:21
  "Atletiko" rəsmən açıqladı - Kosta qayıdır
18:50
  "İnter" 17 yaşlı hücumçu aldı
18:20
  Premyer Liqamızda 6-cı turun - hakim təyinatları
18:10
  Sərgən Yalçın istefa verdi
17:40
  "Milan"da ciddi itki
17:12
  Srna futboldan kənarlaşdırıla bilər - dopinqə görə
17:00
  "Milliyə dəvət almağım sürpriz olmadı" - Ndlovu
16:34
  "Çelsi" "Atletiko" ilə razılaşdı - Kosta ilə bağlı
16:00
  Günün canlı oyunları - Etopaz-da
15:26
  “Qəbələ” sabiq hücumçusunu transfer etdi
15:04
  “Azərbaycanda səviyyəli hücumçu tapa bilmirik” – Samir Əliyev
14:28
  Rəşad Sadıqovun 14 yaşı olanda... – Tarixin şəkli
14:11
  Bakı 2020-ci ildə də ÇL finalı görməyəcək
12:58
  "İki aya qayıdacam" - Usman Dembele
12:29
  Foqts alman klublarını tənqid etdi
11:56
  Qarabağ” oyununun yeri dəyişdirildi
11:45
  "Real"da növbəti ciddi itki
11:16
  "Ümid edirəm ki, öz stadionumuzdakı finalda oynayacağıq" - Simeone
10:57
  "Çelsi" "Everton"a rəqib oldu
10:30
  "Real" son dəqiqədə xalsız qaldı - Video
10:14
  UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı
09:45
  "Çelsi" 1/8 finalda
02:02
  "Atletiko" səfərdən 3 xalla dönür - Video
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore