Rauf Əliyevin son şansı...
[27.04.2017]

Anar ŞABANOĞLU

Çempionatın son turunun ən böyük intriqası bombardirlik yarışıdı. "Mövsümün ən yaxşı legioneri Filip Ozobiç həm də ən yaxşı bombardir ola biləcəkmi?" sualının cavabını gözləməyə çox vaxt qalmayıb. Ozobiçin bombardirliyini əlindən almağa ən real namizəd isə Rauf Əliyevdi.  "Son 10 ildə ölkənin ən yaxşı hücumçusu kimdi?" sualını versək, əminəm ki, azarkeşlərın böyük əksəriyyətindən "Rauf Əliyev" cavabını alarıq.

Karyerasındakı ən böyük səhvi "Qarabağ"dan getmək yox, hara getməsi idi. "Qarabağ"ı hansısa xarici kluba dəyişsəydi, bəlkə də Türkiyənin özündə heç kimə lazım olmayan Dəniz Yılmaz kimi əcnəbiləri yığmaya yük etməzdilər...

Raufun yaşayıb-yaşamaması sual altında olan "İnter"i tərk edəcəyinə şübhə yoxdu. Yeganə sual "Qarabağ"dan gedəndə buraxdığı səhvi yenidən təkrarlayıb-təkrarlamayacağıdı... Artıq 28 yaşı var. Bir futbolçu üçün ən gözəl yaş sayılırr. İndi xaricə getməsə, bəlkə də bir daha belə şansı olmayacaq...

Onun deyək ki, elə Emin Mahmudovun "Boavişta"sında və ya Portuqaliya çempionatının üç nəhəndi xaric hər hansı başqa klubunda özünü göstərmək üçün hər şeyi var. Rauf nəinki Portuqaliyada, başqa bir normal Avropa klubunda oynamaq üçün hücumçuya  lazım olan bütün parametrlərə sahibdi. Çempionatın bombardiri olmaq isə futbolçunun reytinqini qaldırar və daha yaxşı klublara keçidinə səbəb ola bilər.



Raufun adı İslam Oyunları üçün açıqlanan heyətdə də var. Düzdü, Yaşar Vahabzadə hələ yekun heyəti açıqlamayıb. Amma “süzgəcdən keçməyənin” Rauf olmayacağına zərrə qədər də şübhəm yoxdu. Çünki onun İslam Oyunlarının da bombardiri olmaq potensialı var ki, bu da həm milli üçün çox önəmlidi. Mümkün bombardirlik həm də karyerasına müsbət təsir edə bilər.

İstənilən halda Rauf Azərbaycandan getməlidi! Axı, bu onun son şansı ola bilər...

Azərbaycanda qalacağı təqdirdə isə onun səviyyəsində iki klub var - "Qarabağ" və "Qəbələ". Mətbuatda Raufun "Qarabağ"a qayıdışı müzakirə olunur. Bu həm futbolçu, həm də klub üçün çox yaxşı variantdı.

Bu gün "Qarabağ"ın Raufa, Raufun isə "Qarabağ"a ehtiyacı var! İnanıram ki, Rauf Azərbaycanda qalmağa üstünlük versə, "Qarabağ" da keçmişdəki bütün inciklikləri unudub, onu öz övladı kimi bağırlarına basacaqlar. Necə ki Əfran İsmayılovu bağırlarına basdılar...

"Qarabağ"ı ÇL-in qrupunda görməyi və Raufun da o heyətdə oynamasını nə qədər arzulasam da, yenə də futbolçunun özü üçün ən yaxşı variantın xaric olduğu qənaətindəyəm...

O yığmanın xaricdə oynayan başqa hücumçularından daha üstündü. Düzdü, Prosineçki bunu qəbul etmir və deyilənə görə, xorvat məşqçinin Şimali İrlandiya ilə oyun ərəfəsində İslamiadada iştirakına icazə vermədiyi futbolçuların siyahısında məhz bu səbəbdən Raufun adı olmayıb. Bu isə forvarda həm çempionatın, həm də İslam Oyunlarının bombardiri olmaq yolunda əlavə stimuldu. Prosineçki "Rauf özünü yaxşı tərəfdən göstərsə, yenidən milliyə dəvət alacaq" demişdi. Zənnimcə, dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyanın qapısına qol vurmaq təcrübəsi olan hücumçu artıq bu işin öhdəsindən gəlib. Qalır karyerasındakı boşluqları doldurmaq. "Ölkənin son 10 ildə ən yaxşı forvardı dediyimiz" biri nə qədər təzadlı görünsə də, indiyəcən çempionatın bombardiri olmayıb...

Ümid edək ki, bu təzad son turda aradan qalxacaq. Raufun "İnter"də və bəlkə elə "İnter"in də klub kimi tarixdə son oyununu unudulmaz etmək forvardın öz əlindədi!

Anar ŞABANOĞLU

10488 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
19.01.2024  13:44 "Neftçi" - "Pünik": həyatımın matçını yada salarkən...
03.09.2021  12:37 Əli Qurbani ilə Höccət Haqverdi millidə nə gəzir?
19.03.2020  11:08 “Neftçi” martda yox, yanvarda yaranıb!
13.12.2019  19:03 Sonun başlanğıcı – Üçüncü yazı
12.12.2019  15:56 Azərbaycan futbolu: Məmmədovdan Məmmədova
11.12.2019  14:43 Sonun başlanğıcı...
02.12.2019  15:59 Futbola niyə pul buraxılsın?
24.11.2019  16:12 "Bəlkə də xoşbəxtik, xəbərimiz yox..."
27.09.2019  14:22 Ponomaryovun təyinatını topa-tüfəngə tutanlar...
14.09.2019  12:07 İşlər fırıq olanda azarkeşlər yada düşür
07.09.2019  13:50 Milli komandalarımızda yalnız azərbaycanlılar oynamalıdı
02.09.2019  16:08 “Neftçi”dən göndərilməli olanlar...
20.08.2019  13:01 Belə klub prezidentilə “Neftçi” uzağa gedə bilməz!
30.04.2019  14:00 BalaKİŞİ, Səmədov və... Medvedev
19.09.2017  12:50 Futbolmuzun Nicatı naminə!
11.09.2017  14:15 Ronaldo və İbrahimoviçə qarşı oynayan “Qarabağ”lılıar
06.09.2017  17:28 Qurban Qurbanovun haqqı
03.09.2017  13:55 "Kamal, Bəxtiyar, Ədahim olan yerdə Fiqu kimdi?"
31.08.2017  16:11 "Neftçi"dəki böhranın əsas səbəbləri
29.08.2017  13:14 Bizə futbol lazımdı?
15.08.2017  13:19 Əfranlara dəstək verək!
12.07.2017  12:08 Tanımadığımız "Fola"nın tanış simaları
06.07.2017  16:46 Zəhra üçün...
24.04.2017  12:13 Yubileyin mübarək, dəvəsi ölmüş ərəbim!..
18.03.2017  13:18 80 ilin matçı - "Neftçi" erməniləri necə döydü?
27.10.2016  17:17 Katalizator, tiran - Katalin Tira
05.02.2015  13:57 Bizim Samir
07.07.2014  14:45 Futbol, sadəcə, futbol deyil
19.05.2014  14:05 Land of fire Azerbaijan!
08.05.2014  12:50 Qara çempionluq
28.01.2014  11:41 Movsisyanlar – yalançı bakılılar
02.08.2012  19:25 Eli nursuz qoyma, cır polis vəsiqəni!
06.09.2011  13:50 "Tofiq Bəhramov"un "Yadegar-e-Emam"a çevrildiyi gün