“Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
[27.03.2017]

Aqil Abbas

Hamı futbol professorudu. Bu fikri ilk dəfə Füzuli Cavadovdan eşitmişəm. Bir dəfə də hansısa yazımda qeyd eləmişəm. Təkrar etmək pis olmaz.

Vaqif Cavadovun ən formada olduğu vaxtlardı. Stadionda futbola baxırıq, Vaqif də demək olar ki, oyunu çiynində daşıyır. Təbii ki, səhvləri də var, amma canını qoyur. Şərəf tribunasında oturmuşuq, Füzuli Cavadovla da yan-yana. Hamı da Vaqifdə səhv axtarır: gərək bunu belə eləyəydi, topu belə ataydı, sağ tərəfə keçəydi və sair və ilaxır. Axırda Füzuli Cavadov dözmədi, qaxldı ayağa dedi:

- Burda hamı futbol professoruymuş ki?!

Boynunu da qucaqladım, xeyiri olmadı və çıxıb getdi.

Ayın 26-da gözəl bir futbol izlədik. Dünyanın dördqat çempionu Almaniya ilə oynayırdı bizimkilər. Canlarını qoydular, oynadılar gücləri çatdığı qədər. Hətta doqquz aydı qapısında qol görməyən almanların qapısına da yol tapdılar. Və uduzduq. Və oynayıb uduzduq. Uşaqlar gözəl oyun göstərdilər.

Televizorda baxırdım. İlk dəfə stadionda olmadığıma heyifsləndim.

Sonra sosial şəbəkələri izlədim. Millət deyilik ey, kefik başdan-ayağa. Beş-altı nəfəri çıxmaq şərtilə  hamı lağa qoyur, tənqid edir, təhqir edir,  məzələnir. Futbolu bilən də, bilməyən də hərə bir loğaz qoşur. Guya özləri öz işlərinin peşəkarıdı, dahisidi. Milli komandaya bu münasibət məni çox ağrıtdı. Udana nənəm də azarkeşlik edər, əsas odur ki, uduzanda  komandana sahib çıxasan, arxa durasan, onu ruhdan düşməyə qoymayasan.

“Qarabağ” uduzanda təbii ki, bərk dilxor oluram, amma bir təsəllim olur. Təsəllim odur ki, məşqçi də, futbolçular da bu məğlubiyyətdən nəticə çıxaracaqlar, nöqsanlarını biləcəklər, səhvlərini öyrənəcəklər, növbəti oyuna daha yaxşı hazırlaşacaqlar.

Gələk almanlarla bizimkilərə.

Əvvəla, siz bilirmisiniz ki, Almaniyada neçə peşəkar futbol komandası var, əsas Bundesliqadan başqa ikinci, üçüncü, divizionları var. Hələ peşəkarlığa doğru addım atan həvəskar klubları demirəm, bəlkə 200-dən artıqdı. Və ölkə içində minlərlə peşəkar futbolçusu var, hələ ölkə xaricində demirəm. Bu rəqəmləri daha dəqiq Aydın Bağırov bilər.

Bəs, sənin neçə futbol klubun var? Səkkizi yüksək liqada, on dördü birinci liqada. Neçə elədi, 22? Hərəsində də olsun 25 futbolçu. Xarici klublarda neçə oyunçun var? 4, 5, 6? Hələ şükür eləməliyik ki, yox yerdən belə bir milli komanda formalaşdıra bilmişik.

Almanların milli komandasındakı oyunçuların qiyməti bilirsiniz nə qədərdi? Təxminən 380-400 milyon  avro arası. Bəs bizimkilərin? Adı dilimə yatmayan baş məşqçi də daxil olmaqla olsa 4-5 milyon avro, qudursun olsun 6 milyon.

Bir dəfə Türkiyədə «Rizəspor»mu, «Ərzurumspor»mu, yəni əyalət komandası öz meydanında «Fənərbaxça»ya böyük hesabla uduzmuşdu. Oyundan sonra mətbuat konfransında jurnalistlər tökülmüşdü baş məşqçinin üstünə: bu  nə komandadı, bu nə oyundu?

Baş məşqçi istehza ilə gülərək dedi:

- Futbol da bir savaşdı. Rəqib bizim üstümüzə tanklarla, füzələrlə, efonaltılarla gəlir, bizimsə əlimizdə olan silah dörd-beş kalaşnikovdu, bir snayper, qalanları da quş tüfəngləri. Və istəyirsiz ki, biz bu döyüşdə qalib gələk?

Yeri gəlmişkən, Rəşad Sadıqovun da bir fikrini təkrar etməyə ehtiyac duydum. Avropanın ulduzlar oynayan  bir komandasına Bakıda məğlub olduq. Hamı düşmüşdü  Rəşad Sadıqovun üstünə ki, adı yadımdan çıxıb, deyək ki, olsun Ronaldo, niyə  qabağını kəsə bilmirdiz, niyə qoyduz  top vursun.
Rəşad gülüb dedi:

- Onun qabağını kəsə bilsəm gedib “Barselona”da oynayaram da.

Yəni hər kəsin bir gücü var. Bir müqayisə edin, sonra töhmətləndirin, tənqid edin, amma daha təhqir etməyin, lağa qoymayın, məzələnməyin. Bunlar hamısı bizim balalarımızdı.

Milli komandamız gözəl oynadı. Kalaşnikovlarla tankların qabağına çıxdılar, amma qaçmadılar, hələ  o tankların birinə özlərini atıb partlatdılar da. Çox ləzzətli bir oyunuydu, çox gözəl bir oyunuydu. Xüsusilə də ikinci hissə.

Vaxtilə klublarımız da Avropadan bir “setka” topla qayıdırdılar, elə öz meydanlarımızda da qapı torları…

Amma indi həm “Qarabağ”ımız, həm “Qəbələ”miz Avropa kuboklarında uğurlu çıxış edirlər. Beş oyundan 7 xalımız var. Əgər növbəti oyunlarda da komandamız toparlanıb almanlarla oyundakı ikinci hissədəki kimi güclərini ortaya qoysalar,  növbəti beş oyundan da normal xal toplayacaqlarına inanıram.

Oyundan ləzzət aldım. Futbolçularımızı təbrik edirəm, adı dilimə yatmayan məşqçini də təbrik edirəm. Bu futboldu – udmağı da var, uduzmağı da. Biri var oynayıb uduzasan, biri var çıxıb meydanda ləbbeyk döyəsən. Oynadıq uduzduq. Və kimə uduzduq?..

… Bir dəfə «Spartak» stadionunda «Neftçi» ilə “Dinamo” Kiyevin əvəzedici heyətləri oynayırdı.  Artıq birinci hissədə qapımıza dörd top vurmuşdular.  Azarkeşlər bizim oyunçuları adlarıyla küçə söyüşləri ilə təhqir edirdilər, futbolçularımızı lap sındırırdılar. O vaxt Tofiq Abbasov gəlib durdu tamaşaçıların önündə, əsəbi halda çığırdı:

- Ə, görün biz kimlə oynayırıq ey, SSRİ-nin yığmasıyla. Ayıb olsun hamınıza. Lap sizin də, sizin…

Həmin gün “Dinamo”nun əvəzedici heyətində SSRİ yığmasının 6-7 futbolçusu  oynayırdı: Rats, Yeremçuk, Demyanenko, Zavarov, Belanov…

…  Oynadıq, uduzduq. Və kimə uduzduq? Aşqabadın “Kolxozçu” komandasına uduzmamışıq ey! Braziliyada braziliyalıların qapısına  yeddi top vuran almanlara uduzmuşuq.

Sevin komandamızı, arxa durun komandamıza. Bu bizim komandadır!

Stadiondakı arazkeşlərə də eşq olsun. Həm bir nəfər kimi himnimizi oxuduqlarına görə, həm də sonadək komandamızı dəstəklədiklərinə görə!

Aqil ABBAS

10142 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar