Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Zirə”nin futbolçusu “Kəpəz”də

Yazarlar
 Bizdə şərhçi ancaq Fikrət Adıgözəllidi?
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Neftçi" - "Zirə" - Şəkillər
Top 5
"Real" klublararası dünya çempionatının qalibi oldu
Pike "Mançester Siti"ni seçdi
“Qarabağ”ın futbolçusu evləndi
"Neftçi" keçmiş qapıçısını qaytarır
"Neftçi" daha 7 futbolçunu göndərir
Linklər
525ci Qəzet

Bizimkilər qırılıb qurtarıb ki?!
[22.02.2017]

Aqil Abbas

Ağdamın Ağdam vaxtı idi, Qədir Rüstəmovun Qədir Rüstəmov vaxtı idi, Seyran Səxavətin də Seyran Səxavət vaxtı idi. Seyran Səxavətin elə yenə Seyran Səxavət vaxtıdı, amma day nə Ağdamın Ağdam vaxtıdı, nə də Qədir Rüstəmovun Qədir Rüstəmov vaxtı. Seyran durub yollanmışdı Ağdama, min bir müsibətlə Qədir Rüstəmovu tapmışdı və qeyri-adi bir müsahibə almışdı Qədirdən. O Qədirdənki müsahibə verməyi xoşlamırdı. Həmin müsahibəni jurnalistika fakültəsində dərs kimi də keçmək olar. Çalışacam Seyranın köməkliyi ilə həmin müsahibəni tapıb qəzetdə çap edim. Bizim istedadlı gənc jurnalistlərə bir xeyiri dəymiş olar. Müsahibənin adı da belə idi: «Ağdamda Qədir Rüstəmovla atüstü söhbət». «Ulduz» jurnalında çap olunmuşdu.

Bir zamanlar Azərbaycanda hərəsi bir məktəb olan qeyri-adi, Sovet buxovlarına sığmayan publisistlərimiz vardı: Səyavuş Sərxanlı, Tofiq Abdin, Nüsrət Kəsəmənli, Şahmar Əkbərzadə, Vaqif İbrahim, Vidadi Məmmədov, Vidadi Paşayev (qəbirləri nurla dolsun), Fazil Rəhmanzadə, Seyran Səxavət (Allah ömür versin). Bunların yarısı «Qobustan»da qan eləyirdi, yarısı «Ulduz» jurnalında, bəziləri də «Azərbaycan gəncləri»ndə.

Seyranın Qədirlə müsahibəsində belə bir yer vardı. Seyran soruşur ki, Qədir, yəqin uşaqlara arvad qohumlarından da ad qoymusan?

Qədir Rüstəmov:

- Niyə, bizimkilər qırılıb qurtarıb ki?!

İndi söhbət nə Qədir Rüstəmovdan gedir, nə də Seyran Səxavətdən. Tamamilə fərqli bir mövzudan danışmaq istəyirəm: futboldan.

Dünən mətbuatda oxudum ki, «Şəmkir» futbol klubuna yeni bir baş məşqçi gəlir Gürcüstandan. Və bu gürcü qardaş əvvəllər də Azərbaycanın müxtəlif klublarında ikinci məşqçi kimi çalışıb və Tovuzun «Turan» komandasında da baş məşqçi olub. Çox gözəl. Dünyanın hər bir yerində komandalara xaricdən məşqçilər dəvət edirlər. Bu da bir futbol mədəniyyətidi. Amma o məşqçiləri ölkələrinə dəvət edirlər ki, onlar futbolda sözlərini deyə bilirlər, söz sahibidirlər, əvvəlki klublarında yüksək nailiyyətlər əldə ediblər və sair və ilaxır. Həmin məşqçi həm öz ölkəsinin futbol mədəniyyətini gətirir gəldiyi ölkəyə, həm də bir öhdəlik götürüb o öhdəliyi yerinə yetirir, götürdüyü komandanı əvvəl işlədiyi klubların səviyyəsinə qaldırır. Yəni «Barselona» səviyyəsinə, «Real» səviyyəsinə. «Arsenal» səviyyəsinə və sair və ilaxır.

Biz də xaricdən məşqçilər dəvət edirik. Çox yaxşı, gəlsinlər, Azərbaycan futboluna töhfə versinlər. Amma o töhfəni verə bilirlərmi? Bir Foks vardı, axırda da bizi şantaj elədi. Nə isə… Dəvət olunan məşqçilərdən yalnız Roman Qriqorçuku istisna etmək olar. Düzdür, «Qəbələ» elə yarandığı gündən bəri bir inkişaf yolu tutub, Azərbaycan futbolunda yeni bir mərhələdi. Qriqorçukun gəlməsiylə komanda daha bir fərqli oyun nümayiş etdirməyə başladı. Yəni Qriqorçuk «Qəbələ»də öz sözünü deyə bildi.

Bizim futbol qapılarımız qonşu Gürcüstanın məşqçilərinin üzünə həmişə açıqdı. Neynək! Gələndə də hərəsi özüylə bir «Kamaz» gürcü futbolçu gətirir. Bizim istedadlı gənclərimiz də ya əvəzedici heyətlərdə top qovalayır, ya da «zalatoy zapas»da oturur. Bu «zalatoy zapas»da çox naqolay bir şeydi. Öz təcrübəmdən bilirəm, orta məktəbdə oxuyanda məktəbi elə «zalatoy zapas»da otura-otura bitirdim.

Mən yenə təkrar edirəm, xaricdən nə məşqçinin, nə də futbolçuların gətirilməsinə qarşıyam. Gətirin, amma baxın kimi gətirirsiz.

İndi «Şəmkir»ə dəvət olunan gürcü qardaşımız. O əvvəl «Turan»da işləyəndə hansı nailiyyətlərə imza atmışdı ki? «Turan»ı hara qaldırdı – Azərbaycan çempionu elədi, yoxsa Avropaya apardı?! Özü də əslində Tovuz futbolun qaymaq yeridi. Tovuzda həmişə futbol olub, özü də yüksək səviyyədə. Yəni orda güclü bir komanda yaratmaq elə də böyük bir problem deyil.

Məsələn, Qəbələdə problem idi, yəni əvvəllər Qəbələdə futbol elə də inkişaf eləməmişdi. Həm komandanın sahibləri, həm də Ramiz Məmmədovdan başlayaraq komandanın məşqçiləri can qoydular Qəbələdə futbol yaratdılar, akademiya yaratdılar. İndi «Qəbələ» başqa klublara oyunçular da verir.
Şabanın yaxşı bir filmi var ey, basketbol klubudu, Şaban nə qədər çalışır onu komandaya götürmürlər. Sonra gedir üz-gözünə, bədəninə kömür sürtüb qaraldıb zənci kimi gəlir. Məşqçi onu çiynində gəzdirir, komandanın lideri olur və sair və ilaxır.

«Qarabağ»ın, «Neftçi»nin və digər klublarımızın ən ağır günlərində bütün ağırlığı çiyinlərində daşıyan, həmin klubları çempion eləyən, o klublarla Avropanın qapılarını açan Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Ramiz Məmmədov, Arif Əsədov, Nazim Süleymanov…

Bunlar həm futbolçu kimi öz sözlərini deyiblər, həm də məşqçi kimi.

Ağasəlim Mircavadov vaxtilə elə «Şəmkir» komandasını iki dəfə Azərbaycan çempionu eləyib.

Bir Kaxaber Sxadadze vardı ey, 7-8 il «İnter»ə baş məşqçilik elədi. Deyəsən, o da oğlunu, əmisi oğlun-zadın yığıb gətirmişdi. Bəlkə də 100 milyon dollaradək «İnter»ə pul xərclədi. Nə oldu? Komandanı batırdı, çıxdı getdi.

… Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Vaqif Sadıqov, Ramiz Məmmədov, Arif Əsədov, Nazim Süleymanov…

İndi Qədir Rüstəmovun sözü olmasın, bunlar qırılıb qurtarıb ki, gedib ordan-burdan məşqçilər, özü də heç bir nailiyyəti olmayan məşqçilər yığıb gətiririk?

Aqil ABBAS

4401 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
26.07.2017  15:49 Futbolun namərdliyi, Kamil də öldü...
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar
 
 
  18.12.17
12:53
  “Qalatasaray” Tudoru istefaya göndərdi
12:41
  Günün canlı oyunları - Etopaz-da
12:11
  “Bakı” bazasından çıxarılır – məhkəmə qərarı
12:04
  "Keşlə" baş məşqçini dəyişir – rəsmi
11:55
  Kaka da getdi
11:38
  Prezident idman xadimlərini mükafatlandırdı
11:14
  “Qarabağ”dan Mahir Mədətov açıqlaması
11:05
  "Qarabağ"ın futbolçusu "Zirə"yə keçir
10:48
  “Barsa”da ciddi itki – “El-Klassiko”da oynamayacaq
10:24
  “Zirə”nin futbolçusu “Kəpəz”də
09:50
  "Liverpul"dan darmadağın - Video
02:13
  “Barselona” “Deportivo”ya şans tanımadı - Video
01:54
  "Barselona" liderliyini möhkəmləndirdi
01:46
  Eddi üçün 23 dəqiqə
01:30
  “Beşiktaş” 3 xalı 5 qolla qazandı - Video
01:08
  “Qalatasaray”ın məğlubiyyəti - Video
00:37
  Rauf Əliyevin komandasından mühüm 3 xal
00:19
  “Milan” darmadağın oldu - Video
00:00
  “Mançester Yunayted”dən qələbə - Video
  17.12.17
20:23
  “Səbail” legioneri vaxtından əvvəl göndərdi
19:24
  “Qalatasaray” uduzub liderliyi əldən verdi
17:23
  "Neftçi" keçmiş qapıçısını qaytarır
16:07
  Dəniz Yılmaza 3 təklif
15:15
  “Barselona”nın prezidenti Qrizmannın ailə üzvləri ilə görüşdü
14:42
  “Özil müqaviləni uzadacaq” – Arsen Venger
13:30
  "Neftçi" daha 7 futbolçunu göndərir
12:59
  Polis millimizin üzvlərini saxladı – federasiya etiraz edir
12:49
  “Qarabağ”ın futbolçusu evləndi
11:49
  Qış transfer pəncərəsinin vaxtı müəyyənləşdi
11:14
  Nazim Süleymanov əfsanələrin oyununda - Şəkillər
11:00
  “Bu sözlər cavab almağa layiq deyil” – Ronaldo
10:20
  Arazdan uğurlu oyun – Video
02:00
  Torres "Atletiko"ya 3 xal qazandırdı - Video
01:39
  "Atletiko" qalib gəldi, "Valensiya" uduzdu
01:11
  Məsut Özil qol vurdu - Video
00:52
  "Bavariya" və "Borussiya" uddu
00:30
  "Mançester Siti"dən 4 qol - Video
00:15
  "Mançester Siti" və "Çelsi"dən növbəti qələbə
00:01
  Ronaldo "Real"a kubok qazandırdı - Video
  16.12.17
23:00
  Neymardan dubl - Video
22:52
  "Real" klublararası dünya çempionatının qalibi oldu
21:49
  PSJ qalib gəldi
21:15
  "Bavariya" 3 xalı 1 qolla qazandı - Video
20:56
  "Çelsi"dən qələbə - Video
19:58
  Araz 90 dəqiqə oynadı
19:10
  Pike "Mançester Siti"ni seçdi
18:53
  “Neftçi”nin futbolçusu “Səbail”də
18:41
  Nazarovun komandası qələbəni əldən verdi
18:00
  “Keşlə” də ölkə xaricinə gedəcək
17:48
  “Özüm getmədim, məni “Kəpəz”dən çıxardılar”
17:22
  Ançelotti "Çelsi"yə qayıdır
16:30
  Hallidey "Qəbələ"dən ayrıla bilər
15:02
  İnyesta Çindən gələn təklifi rədd edib
14:30
  "Qəbələ"nin daha bir rəqibi müəyyənləşdi
14:17
  Stankoviç daha 2 il "Qəbələ"də
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore