Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi

Yazarlar
 Erməni diasporu öz klubundan bilet istəməz, bizimkilər isə…
Nurlan İBRAHİMOV
 Lobanovski və bizim Qurban
Aqil Abbas
 Əfran üçün…
Aydın BAĞIROV
 Əfranlara dəstək verək!
Anar Şabanoğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Kopenhagen" - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Çempionlar Liqası: 5 komanda qrup mərhələsində
PSJ-dən futbol şousu - Video
"Kopenhagen" "Qarabağ" səddini keçə bilməsə..."
“Kopenhagen” “Qarabağ”la 19 il əvvəlki oyunun videosunu yaydı
Linklər
525ci Qəzet

Futbolumuz 2016-da: qara və ağ siyahı
[25.12.2016]

Anar BAYRAMOV

Azarkeş baxışı

Adətən, il tamam olanda çevrilib arxaya baxmaq lazım gəlir. Edilənləri qiymətləndirməyin, ediləcəkləri müəyyənləşdirməyin ən yaxşı yolu budur. İdman bütün ictimai sahələrdən daha çox ictimaiyyətin (azarkeşlərin, jurnalistlərin, idman adamlarının və sair) diqqət mərkəzindədir. İdman haqqında dediyimizi bir başqa şəkildə futbola da şamil edə bilərik. Çünki futbolun ölkəmizdə bütün idman növlərindən populyar olması faktdır. O da faktdır ki, bu balaca məmləkətdə mənim kimi yüzminlərlə həqiqi futbol azarkeşi var. Və sadiq futbol azarkeşlərinin ilə yekun vuran bütün idman ictimaiyyətindən əsas fərqi ondadır ki, azarkeşin qiymətləndirmə meyarlarının mayasında daha çox subyektiv mülahizələr, ən əsası, dünya çempionatının seçmə mərhələsində, Avopada və yaxud da Premyer Liqada oynayan komandalarımızın, futbolçularımızın, ölkədə və beynəlxalq arenada qarşılaşma idarə edən hakimlərimizin ölkə futbolununun inkişafına və miilimizin uğurlarına verdiyi fayda dayanır. Çox uzatmayım, artıq sözdən işə keçib, qiymətləndirmək vaxtdır. 2016-cı ildə seçmə mərhələ oyunları, Premyer Liqa, Azərbaycan kuboku və Avroliqa oyunları yekunlaşdığından futbolumuzun illik dəyərləndirilməsini edə bilərik.

İLİN UĞURLU QAPICISI -  KAMRAN AĞAYEV

Bakının “İnter” klubunun qapısını qoruyan Kamran Ağayevin “Sumqayıt” klubuna gözlənilməz transferi uzun çəkmədi. Sentyabr ayında Portuqaliyanın “Boavişta” klubuna transfer olan millimizin qapıçısı debüt oyununda - “Portu” ilə matçda buraxdığı kobud səhvlə gündəmə gəlsə də, az müddətdən sonra inamlı oyunu ilə klubunun və azarkeşlərin 1 nömrəsinə çevrildi. Millimizin Norveç üzərindəki tarixi qələbəsində də Kamranın payı danılmazdır.

İLİN UĞURSUZ QAPICISI -  İBRAHİM ŞEHİÇ

Milli çempionatın oyunlarında üzərinə elə də böyük yük düşməyən “Qarabağ” klubunun bosniyalı qapıcısı ötən illərdən fərqli olaraq, Avroliqa oyunlarında inamsız təsir bağışladı. Nə qədər təəssüfedici olsa da, bu bir faktdır ki, Avropa arenasında qapımıza gələn təhlükəli zərbələrin çoxu qolla nəticələndi. “Fiorentina” klubu ilə Bakıdakı həlledici oyunda ilk qolda qapıcımızın kobud səhvini isə azarkeşlərimiz hələ çox yana-yana xatırlayacaqlar.

İLİN UĞURLU MÜDAFİƏÇİSİ -  MAKSİM MEDVEDEV

“Qarabağ” klubunun müdafiəçisi  Maksim həm müdafiənin sağ cinahında, həm də mərkəzdə etibarlı oyunu ilə yadda qaldı. Bundan əlavə, ara-sıra hücümlara qoşulan Medvedev millimizin Norveçlə oyununda tarixi qola imza atmaqla azarkeşlərin sevimlisinə çevrildi.

İLİN UĞURSUZ MÜDAFİƏÇİSİ -  ELVİN YUNUSZADƏ

“Qarabağ”ın başqa bir müdafiəçisi  Elvinin Avroliqa oyunlarında etdiyi səhvlər yaddan çıxacaq qədər deyil, əsasən də “Fiorentina” ilə səfər oyununda əllə oyuna görə aldığı qırmızı vərəqə səbəbindən komandamız tarixinin ağır məğlubiyyətinə düçar oldu. Bundan əlavə, Elvin Yunuzadənin Premyer Liqa oyunlarının birində Reynaldonın qapıya vurduğu zərbəyə yersiz müdaxilə etməklə qola imkan verməməsini futbol azarkeşləri hələ uzun müddət təəssüflə xatırlayacaqlar. Elvin topa toxunmasaydı, bəlkə də indiyə qədər milli çempionatda vurulan ən gözəl qola şahid olacaqdıq.

İLİN UĞURLU YARIMMÜDAFİƏÇİSİ - DANİ KİNTANA

“Qarabağ”ın ispaniyalı oyunçusu Dani ötən çempionatın bombardiri olmaqla yanaşı, Avroliqadakı gözəl oyunu ilə də azarkeşlərin zövqünü, gözünü oxşadı. İspaniyalı futbolçunun PAOK-la ev oyununda həm möhtəşəm oyunu, həm də vurduğu qol sayəsində "Mançester Yunayted"in ulduzu Pol Poqbanı belə qabaqlayaraq, Avroliqada həftənin oyunçusu seçilməyi futbol tariximizdə bir ilk idi.

İLİN UĞURSUZ YARIMMÜDAFİƏÇİSİ -  ƏFRAN İSMAYILOV

Millimizin və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov 2016-ci ildəki oyunu ilə azarkeşlərin ona bəslənən ümidlərinin heçə endirdi. “Qarabağ”ın oyunlarında hücumu gücləndirmək məqsədilə oyuna daxil edilən futbolçu təəssüf ki, rəqib qapısında təhlükəli vəziyyət yaratmaq əvəzinə saysız-hesabsız səhv ötürmələrlə yadda qaldı. “Fiorentina” ilə ev oyunundan sonra azarkeşlərin ən çox qınaq obyektinə tuş gələn də elə Əfran İsmayılov idi.

İLİN UĞURLU HÜÇÜMÇUSU  -  BAQALİ DABO

"Qəbələ"nin hücumçusu Baqali Dabo mövsümün əvvəlində kluba qoşulmasına baxmayaraq, tez bir zamanda komandanın oyununa uyğunlaşa bildi. “Qəbələ” klubunda vurduğu qollar və verdiyi qol ötürmələri ilə azarkeşlərin sevimilisinə çevrilən Dabonu “Maynts"ın baş məşqçisi Matin Şmidtin komandasında görmək istədiyini bildirməsi isə bir başqa zovq idi.

İLİN UĞURSUZ HÜÇÜMÇUSU  -  MAHİR MƏDƏTOV

Ötən çempionatdakı uğurlu oyunundan sonra azarkeşlərin hücüm xəttinin xilaskarı kimi baxdığı “Qarabağ”ın hücümcusu Mahir Mədətovun Avroliqakı zəif oyunu göstərdi ki, ondan “mədət ummağa” dəyməzmiş. Avroliqada bəzən 2-3 metrdən qapı çərçivəsini düzgün “nişan ala bilməyən” oyunçu bununla “gənc prespektivli hücümcü” statusunu da itirmiş oldu.

İLİN UĞURLU LEGİONERİ  -  ANSİ AQOLLİ

“Qarabağ”ın sol cinah müdafiəçisi, albaniyalı legioner nəinki klubdakı inamlı oyunu, həm də Albaniya milli komandasının heyətində AVRO-2016-dakı çıxışı ilə yadda qaldı. Ölkəmizi də tanıtdıran “Ağdamlı qaqa”nın Albaniya milli komandasının heyətində Ermənistandakı təqdirəlayiq hərəkəti və AVRO-2016-nın qrup mərhələsində kapitan kimi liderliyi yüzminlərlə azərbaycanlının Albaniyaya azarkeşlik etməsinə səbəb oldu.

İLİN UĞURSUZ LEGİONERİ -  KATALİN TİRA

“Neftçi” – “Qarabağ” oyununda meydan sahiblərinin məğlubiyyətinə etiraz əlaməti olaraq stadiona daxil olan azarkeşi vuran Katalin Tira öz adını futbol tariximizə qara hərflərlə yazdırdı.  Oyundan sonra üzrxahlıq məqsədilə açıqlama verən ruminiyalı hücümcü qaş düzəltdiyi yerdə vurub gözü də çıxartdı: “Elə bildim ki, “Qarabağ”ın azarkeşidir”...

İLİN UĞURLU KLUBU – “QARABAĞ”

Ağdamın “Qarabağ” klubu 3 il ardıcıl “Avroliqa”nın qrup mərhələsində oynamaqla azarkeşlərimizi əsl futbolsuz darıxmağa qoymadı. Sevindirici haldır ki, ağdamlılar hər dəfə Avroliqada qrup mərhələsindən play-offa çıxmaq şansını sonuncu tura qədər daşımaqla azarkeşləri həyəcanda saxlamağı da bacardılar.

İLİN UĞURSUZ KLUBU – “NEFTÇİ”

Azərbaycan futbolunun flaqmanı hesab edilən Bakının “Neftçi” klubu artıq qələbələrinin yox, məğlubiyyətlərin sayına görə milli çempionatimızın liderdir. Milli çempionatda 14 oyun keçirən klub nə az, nə çox, düz 11 oyunda məğlubiyyətlə üzləşib. “Qələbə” klubu ilə ev oyununda alınan 0:8 hesablı məğlubiyyəti isə Bakı klubunun faciəsi kimi qəbul etmək olar.

İLİN UĞURLU HAKİMİ -  ƏLİYAR AĞAYEV

Avroliqanın qrup mərhələsindəki qarşılaşmaları və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu uğurla idarə edən Əliyar Ağayevi həqiqətən alqışlamaq lazımdır. Ancaq Azərbaycan kuboku uğrunda keçirilən “Neftçi”- “Qəbələ”(1:1) və “Zirə” – “Neftçi” (0-3) oyunlarındakı səhvləri perspektivli referimizə yaraşdırmaq olmur…

İLİN UĞURSUZ HAKİMİ -  RƏHİM HƏSƏNOV

Bu nominasiyaya uyğun namizədi tapmaq üçün çox fikirləşməyə ehtiyac yoxdur.  “Qarabağ”- “Qəbələ” oyununda yaxın məsafədən topun dəydiyi üzü əl kimi “görüb” onbirmetrlik cərimə zərbəsi təyin edən Rəhim Həsənov oyunun sonuna doğru daha bir “igidliyi” ilə yadda qaldı. Matçın əsas vaxtına əlavə olunan uzatma dəqiqələrinin bitməsinə 30 saniyə qaldığı anda cərimə zərbəsinə görə yenidən artırdığı vaxtın müddətinə görə yəqin, nə vaxtsa Rəhim Həsənovun adını “Ginnesin Rekordlar Kitabı”na daxil edəcəklər.

İLİN UĞURLU BAŞ MƏŞQÇİSİ – QURBAN QURBANOV və ROMAN QRİQORÇUK

Bu nominasiyanın iki qalibi var: "Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk və “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov. Hər iki baş məşqçisi 2016-ci ildə Avroliqanın qrup mərhələsinə çıxmaqla ötənilki uğurlarının təsadüfi olmadığını və “ən uğurlu məşqçi” adına layiq olduqlarını bir daha sübut etdilər.

İLİN UĞURSUZ MƏŞQÇİSİ – ELXAN ABDULLAYEV

“Neftçi”də Vəli Qasımovun uğursuz nəticələrindən sonra böyük ümidlərlə klubun baş məqçisi təyin olunan Elxan Abdullayev anti-rekordları yeniləməkdə yardımçı oldu. Hər məğlubiyyətdən sonra, günahı oyunçuların üzərinə yıxan baş məqşçinin kluba hansı səbəbdən gətirilməsi hələ də azarkeşlər üçün qaranlıqdır. “Neftçi”nin Azərbaycan kubokunda yarımfinala çıxmasını uğur kimi təqdim edənlərə isə klubun tarixinə diqqətlə yox, ötəri göz gəzdirməyi və “Zirə” ilə ilk kubok oyuna daha diqqətlə baxmağı tövsiyə edirəm.

İLİN UĞURLU OYUNU -   AZƏRBAYCAN – NORVEÇ

“Niyə də yox” şüarı ilə oynadığımız dünya çempionatının seçmə mərhələsinin ilk ev oyununda qazanılan qələbə azarkeşlərin uzun müddət yaddından çıxmayacaq. Olimpiya stadionunda baş tutan oyunda millimizin 1-0 hesabı ilə qələbə qazanmasından sonra deyilənlərə görə, final mərhələnin keçiriləcəyi Rusiyaya bilet sifariş edən azarkeşlər də olub.

İLİN UĞURSUZ OYUNU -   “SLOVAN” – QARABAĞ

“Qarabağ”ın Yunanıstanın PAOK klubu ilə həm ev, həm də səfər qələbəsi azarkeşlərimizi play-off sevinci yaşayacaqlarına tam ümidləndirmişdi. Amma Liberets şəhərində klubumuzun 0:3 hesablı məğlubiyyəti azarkeşlərimizdə şok effekti yaratmaqla yanaşı play-off ümidlərimizi də çilik-çilik etdi.

İLİN UĞURLU TAKTİKASI -   “QƏBƏLƏ” – “LİLL”

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə qarşılacağını eşidən azarkeşlərin əksəriyyəti qəbələlilərin Avropa kitabının erkən bağlanacağını düşündü. Amma Roman Qirqorçukun ağılı taktikası nəticəsində “Qəbələ” klubu nəinki növbəti mərhələyə keçməyi bacardı, hətta hər iki oyunda rəqibə qələbə sevinci yaşatmadı. Ozobiçin mükəmməl qolu nəticəsində qələbə qazandığımız ev oyununda Avro-2016-nın final oyununun portuqaliyalı qəhrəmanı Ederin son dəqiqələrdə qapıçımıza top daşımasını canlı-canlı izləməyin isə azarkeşlər üçün ayrı bir ləzzəti vardı.

İLİN UĞURSUZ TAKTİKASI -  ŞİMALİ İRLANDİYA – AZƏRBAYCAN

Millimizin Belfast oyununa “heç olmasa 1 xal” ümidi bağlayan azarkeşlərimiz üçün 0:4 hesablı məğlubiyyət ağır xatirə kimi yadda qalacaq. İndi az-cox futbol azarkeşliyi təcrübəsi olanların hamısı bilir ki, irlandlar hava ötürmələrindən geniş istifadə edir, xüsusən, bizim kimi alçaq boylu müdafiəçiləri olan komandalarla oyunda “ikinci mərtəbədə” xarüqələr yaradırlar. Təəssüf ki, Robert Prosineçki bu taktikaya qarşı hər hansı əks-plan qurmadığından 4 qoldan 3-nü bu cür ötürmələrdən sonra buraxdıq.

İLİN FUTBOL ADAMI – AZARKEŞ

Millimizin ev oyununda Bakı Olimpiya Stadionuna gələn onminlərlə azarkeş, soyuq dekabr ayında Tofiq Bəhramov adına stadionu da öz nəfəsləri ilə qızdıraraq “Qarabağ”ı tək qoymadı. “Fiorentina” ilə son ev matçında havanın şaxtalı olacağını öncədən bilməsinə baxmayaraq, 30 mindən çox azarkeş 90 dəqiqə ərzində “Qarabağ” klubuna sona qədər dəstək verməklə bu nominasiyanın qalıbi olmağı haqq edir..

İnanırıq ki, 2017-ci ildə ölkə futbolunda uğurlarımız daha bol olacaq, hətta 2016-ci ildə uğursuzluqları ilə yadda qalan qaliblər azarkeşlərimizə bəxş etdikləri gözəl oyunlarla keçmişlərini unutdurmağı bacaracaqlar…

Anar BAYRAMOV

Qeyd: Müəllifin fikri ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər

6147 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
09.06.2017  13:03 Azarkeş mövqeyi Prosineçkinin oyun planı ilə üst-üstə düşəcəkmi?
09.12.2016  12:42 “Qarabağ”ın qara bəxti yenəmi belə qalacaq, dünya?!
 
 
  23.08.17
13:55
  “Qarabağ”a və Qurban Qurbanova inam böyükdür” - İsgəndər Cavadov
13:33
  "Qəbələ"də ciddi itkilər
12:45
  Çempionlar Liqasının oyunları - Etopaz-da
12:18
  “Kopenhagen” “Qarabağ” üçün heyəti açıqladı - rəsmi
11:40
  Çempionlar Liqasında səbətlər müəyyənləşdi
11:00
  Çempionlar Liqasında rekord
10:40
  Yığmamız Belarusa uduzdu
10:20
  “Qarabağ” tarixi oyuna çıxır - Yenilənir
09:50
  UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi
02:12
  Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir - Yenilənir
01:46
  “Traktorsazi”dən ardıcıl ikinci qələbə
01:29
  Güləşçimiz bürünc medala sahib çıxdı
01:11
  “Napoli” səfərdə də qalib gəldi - Video
00:54
  “Başakşehir” ÇL-lə vidalaşdı - Video
00:37
  Çempionlar Liqası: 5 komanda qrup mərhələsində
00:18
  Tahir Gözəl Ağdamın batalyon komandiri ilə görüşdü
00:00
  “Astana” - “Seltik” matçında 7 qol - Video
  22.08.17
22:32
  "İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl
21:46
  "Mərhələni keçəcəyimizə inanırıq" - Miçel
21:24
  "Bu oyunda daha çox güc sərf etməliyik" - Qurban Qurbanov
20:44
  "Jilina" Ramillə yolları ayırır
20:15
  "Yalnız Çempionlar Liqasının qrupunu düşünürük" - Solbakken
19:38
  Portuqaliya millisinin üzvü "İnter"də
18:45
  "İnter" - "Səbail" oyununun saatı açıqlandı
17:33
  “Komandamız yaxşı formadadır” - millimizin baş məşqçisi
17:08
  "Qarabağ"ın rəqibinə ağır cəza
16:47
  "Zirə" - "Sumqayıt": başlama saatı açıqlandı
16:01
  "Kəpəz" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı
15:35
  Qvardioladan Messi açıqlaması
15:26
  Çempionlar Liqasının oyunları - Etopaz-da
15:18
  Kaliniç rəsmən "Milan"da
14:55
  "Azərbaycanın yaxşı heyəti var" -Norveç millisinin baş məşqçisi
14:36
  Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi - ikinci yazı
14:22
  Azərbaycanla oyun üçün 24 futbolçu - siyahı
14:01
  Ayxan erməniyə qalib gəlib finala çıxdı
13:52
  "Qarabağ" əks-hücumlara üstünlük verəcək" - Nikolay Boylesen
13:27
  "Qarabağ" "Kopenhagen" hazırlığını bu gün tamamlayır
12:58
  "Kopenhagen” – “Qarabağ” - əmsallar açıqlandı
12:30
  Kollina Ukraynadan getdi
12:10
  “Əsas odur, “Qarabağ” qələbə eyforiyasına qapılmayıb” – Vaqif Sadıqov
11:49
  "Kopenhagen" "Qarabağ" səddini keçə bilməsə..."
11:13
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:52
  “Marca” “Qarabağ”dan üzr istədi - mətn dəyişdirildi
10:11
  La Liqada ilk tura yekun vuruldu
09:48
  "Barselona"nın Koutinyonun transferindən imtina etdi
01:43
  "Mançester Siti"dən xal itkisi - Video
01:20
  "Qarabağ" Danimarkadadır
00:30
  Runi 200-ə çatdı
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  21.08.17
23:00
  "Real"da yeni futbolçu
22:05
  "Dalğa Arena" "Səbail"ə verildi
21:58
  UEFA-dan Cüneyt Çakıra təyinat
20:25
  "Qəbələ"dən 9 qol - əvəzedicilərin çempionatı
19:50
  "İnter"in futbolçusu "Valensiya"da
19:12
  "Qəbələ" "Dinamo"ya qalib gəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore