Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qarabağ" - "Çelsi": hansı kanallarda?

Yazarlar
 İsgəndərin, İqorun və Samirin yolu...
Aydın BAĞIROV
 Madriddə aprel döyüşləri
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Qurban Qurbanov milliyə belə gətirildi - Şəkillər+Video
Top 5
“Çelsi” Bakı Olimpiya Stadionundan imtina etdi – Kontedən gözlənilməz addım
“Beşiktaş” və "Real" - 1/8 finalda
“...Onda gərək məni də köməkçilərim əvəzləyə” – Qurban Qurbanov
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda
Bakı “Çelsi”nin tarixinə düşdü – hamını qabaqladı
Linklər
525ci Qəzet

Alınmadı, rəis...
[13.12.2016]

Süleyman QARADAĞLI

“Mən gələn kimi qərara gəldik ki, ilk növbədə cavan futbolçular yetişdirmək lazımdır. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandadada oynamırdı, indi doqquz nəfər oynayır”. Bu sözlər özünün dediyi kimi, “Azərbaycanın brendi” hesab edilən “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə məxsusdur.

Yaxşı sözlərdir, deyilmi? Həmin vaxt dünya şöhrətli yazıçı onun futbola gəlişini birmənalı qarşılamayanlara gözəl və tutarlı cavab verərək demişdi ki, mən özüm futbol oynamayacağam ki? Çingiz müəllim həmin müsahibələrinin birində özü barədə belə bir fikir də söyləmişdi ki, o, hər yerdə birinci olmağı xoşlayır. Necə ki, bu gün dünyada ən çox oxunan yazıçı kimi birincilər sırasında gedir, onun rəhbərlıik etdiyi klub da birincilər sırasında olmalıdır. Həm də təkcə ölkə miqyasında yox! Çünki komanda uzun illərdir Azərbaycan futbolunun flaqmanı kimi tanınır. Yox, əgər klubu birincilər sırasına çıxara bilməsə, onda istefa verəcək.

Əlbəttə, detektiv janrda yazdığı romanlarla dünyaya səs salan həmyerlimizin bu sahədə əldə etdikləri qibtə hissi doğurmaya bilməz. İndiyədək onun 200-dən çox romanı işıq üzü görüb, kitablarının umumi tirajı 28 milyon nüsxəni ötüb. Yazıçının əsərləri dünyanın 30 dilinə tərcümə olunub, ssenarisi əsasında 10 film çəkilib,14 beynəlxalq mükafata layiq görülüb. Çingiz müəllimin uğurları  bunlarla bitmir. O, dörd dəfə Yazıçılar Birliyinin katibi seçilib – 28 ildir həmin vəzifədə çalışır. Çingiz Abdullayev 18 təşkilata rəhbərlik edir və ya onun həmsədridir. Belə məşhur bir ziyalının futbola gəlişi şübhəsiz ki, inkişafa və yeni bir mərhələyə qədəm qoymağa xidmət etməli idi.

Təəssüf ki, ötən üç ilin nəticələrini təhlil etdəndə hörmətli yazıçının ilk müsabibələrində dediyinin tam əksi olan mənzərə ilə üzləşərik. Çingiz müəllim Müşahidə Şurasına rəhbərlik etdiyi müddətdə Bakının “Neftçi” komandasında  bir-birinin ardınca 5 dəfə baş məşqçi dəyişilib.

Əvvəl Samir Əliyevi Əsgər Abdullayev əvəz edib...

Sonra Arif  Əsədov...

Daha sonra Vəli Qasımov:..

İndi də  Elxan Abdullayev ...

Karuselin sonu olacaqmı?!

Vəziyyət dəyişməyibsə, deməli, hələ gedib-gələnlər bir-birini əvəz edəcək. Komanda hazırda heç bir yeni oyun modeli, mübarizlik keyfiyyətləri ortaya qoya bilmir, məğlubiyyətləri sıralayır, azarkeşlər 8 iştirakçı arasında 7-ci olan sevimli klubundan üz çevirir, onsuz da boş olan tribunalar daha da boşalır...

“Neftçi”də Müşahidə Şurası yaranandan bəri komanda 59 oyunun təxminən 1/3-də, başqa sözlə, cəmi 18-də qələbə qazanıb, 14-də heç-heçəyə sevinib və... 17 məğlubiyyət! Kədərli statistikadır, deyilmi? Xüsusən də “Neftçi”yə yaraşmayan statistika...

Müstəqillik illəri bir yana, heç SSRİ çempionatında çıxış etdiyi vaxtlarda da “Neftçi”nin belə ağır duruma düşdüyünü xatırlamaq çətindir. Azərbaycan milli çempionatında həmişə mükafatlar, yüksək məqsədlər uğrunda mübarizə aparan, yarış cədvəlinin ön sıralarında görməyə adət etdiyimz komanda indi elitada qalmaq üçün mübarizə aparır. Müşahidə Şurası  sanki “Neftçi”nin turnir cədvəlinin “zirzəmisinə” yuvarlanmasını müşahidə etmək üçün yaradılıb.

Son 1 il 8 ayda baş verənlər “Neftçi”nin həyatında nikbinlik üçün əsaslı  heç nə baş vermədiyini göstərir!

Müşahidə Şurasının sədri Çingiz Abdullayev həmişə birinci olmağı arzulasa da...

Özü meydana çıxıb futbol oynamasa da...

Süleyman QARADAĞLI

3690 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
 
 
  22.11.17
13:01
  AFFA-dan Şehiçə ağır cəza
13:00
  Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
12:50
  "Qarşıma heç bir hədəf qoyulmayıb" - Yunis Hüseynov
12:16
  Britaniya səfirindən "Qarabağ" və "Çelsi"yə dəstək - Şəkil
11:59
  Bakıda FİFA-nın sammiti keçirildi - Şəkillər
11:50
  “Onların hələ “Qarabağ”la oyunları var” - Simeone
11:28
  "Qarabağ" - "Çelsi": hansı kanallarda?
11:02
  “Qarabağ”ın uğurlu nəticəsinə ümid etməliyik" - Koke
10:49
  "Sevilya"nın baş məşqçisi ağır xəstəliyə tutuldu
10:30
  "Qarabağ" "Çelsi"yə qarşı - Yenilənir
10:24
  "Monako" 4 qolla uduzdu - Video
10:07
  Azərbaycandan "Beşiktaş"a dəstək - Şəkil
09:45
  Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
03:55
  ÇL-də İtaliya - İspaniya qarşıdurması - Yenilənir
02:12
  "Sevilya"dan geridönüş - Video
02:00
  "Tottenhem"dan əzmkar qələbə - Video
01:47
  "Real"dan 6 cavabsız qol - Video
01:40
  “Beşiktaş” və "Real" - 1/8 finalda
01:28
  Əliyar Ağayev “Beşiktaş”ın yenilgisinə şahidlik etdi
01:17
  “Anji”nin keçmiş sahibi Fransada həbs olundu
00:47
  İtaliya klubunda yeni baş məşqçi
00:22
  “Spartak” üçün son dəqiqə şoku - Video
00:00
  “Beşiktaş”a sərf edən heç-heçə - Video
  21.11.17
22:30
  “Çelsi” ilə oyunöncəsi məşq – Şəkillər
20:20
  Futzal millimizin heyəti açıqlandı
19:28
  “Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi” - Konte
19:10
  “Qarabağ”ın çox təhlükəli hücumçuları var” – Tibo Kurtua
18:40
  “Qarabağ” – “Çelsi” oyununa necə getmək olar?
18:22
  İtaliya klubu baş məşqçisini qovdu
17:52
  Birinci divizionun matçları eyni saatda
17:43
  İraqdan “Qarabağ”ın oyununa gəldilər - Şəkillər
17:34
  "Çelsi"nin Bakıdadakı məşqindən - Şəkillər
17:22
  Bakı “Çelsi”nin tarixinə düşdü – hamını qabaqladı
17:17
  “Problemləri axtarıb tapmaq lazımdır” – Mahmud Qurbanov
17:02
  Konte Bakıda azarkeşlərə avtoqraf payladı – Video
16:59
  Onuncu turun oyunları keçirildi - birinci divizionda
16:28
  Millimizin futbolçusu həbs olundu
16:18
  "Sumqayıt" - "Səbail": başlama saatı açıqlandı
16:05
  "Barselona" Turinə 19 futbolçu ilə gedir - siyahı
15:51
  Alleqridən futbolçularına çağırış – “Panikaya düşməyin”
15:26
  Prosineçki “Şturm”da?
15:07
  "Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya – Video
15:04
  Yunis Hüseynov komandaya təqdim edildi - Şəkillər
14:41
  Millimiz Kosovoya uduzdu
14:17
  “Təzyiq altında “Qarabağ” yox, “Çelsi” olmalıdır” – Ndlovu
14:03
  “...Onda gərək məni də köməkçilərim əvəzləyə” – Qurban Qurbanov
13:48
  Arda haqda yeni iddia
13:27
  Olimpiya Stadionundan azarkeşlərə müraciət
13:15
  Qvardioladan siyasi dəstək - Çempionlar Liqasında
13:00
  “Barselona” qışda Özili ala bilər
12:45
  Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda
12:12
  “Çelsi" ilə matçda "Qarabağ”dan möhtəşəm oyun gözləyirəm” – Tahir Gözəl
12:07
  "Qarabağ"a qarşı oynamayacaq
12:00
  Çempionlar Liqasının oyunlarını göstərəcək kanallar - siyahı
11:35
  Günün canlı oyunları - Etopaz-da
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore