Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Çin legioner limitini dəyişdi - rəsmi

Yazarlar
 Belə də yox...
Aydın BAĞIROV
 “Neftçi” rəhbərliyinin büdcə yalanı
Tahir SÜLEYMANOV
 Futbolumuz 2016-da: qara və ağ siyahı
Anar BAYRAMOV
 Rəşad, səndən soruşacaqlar ki...
Asəf QULİYEV
 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə
qurtuldu...
Şakir YAQUBOV
 Stadionun yolunu tanımayan futbol azarkeşləri
Aqil Abbas
 Bağırov stadiona necə ot əkdirdi...
Müsəllim HƏSƏNOV
 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
Etibar Cəbrayıloğlu
 Türklər idarə edir, bizimkilər müşahidə - Dənizli səfərində
gördüklərim
Erkin İBRAHİMOV
Fotoreportaj
Bütün 
AZAL - "Qəbələ" - Şəkillər
Top 5
Premyer Liqamızda qış transferləri - Yenilənir
Kamran 3 qol buraxdı, "Boavişta" "Benfika"ya uduzmadı
“Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
Ramil Şeydayev “Neftçi”yə keçməməsinin səbəbini açıqladı
Kamran “Benfika”nın futbolçuları ilə dalaşdı - Video
Linklər
525ci Qəzet

“Qarabağ”ın qara bəxti yenəmi belə qalacaq, dünya?!
[09.12.2016]

Anar BAYRAMOV

“Qarabağ” klubu mövsümün həlledici oyununda İtaliyanın “Fiorentina” klubuna uduzdu və Avroliqada başa çatmaqda olan 2016-cı ili erkən “bitirdi”. “Qarabağ”ın bu mövsüm Avroliqadakı uğurlu-uğursuz oyunları, ən əsası da son matçına daha çox toxunmaq istəyirəm.

Qurbanovdan gözlənilməz, amma düzgün start heyəti

“Qarabağ” klubunun baş məqşçisi Qurban Qurbanov “Fiorentina” ilə oyunun start heyətini formalaşdırmaqda obyektiv səbəbdən çətinliklə qarşılaşmışdı. Miçelin və Maksim Medvedyevin cəzalı olması qrup mərhələsinin son oyununda müdafiənin qurulmasına mənfi təsir etmişdi. Sözün bütün mənasında əsl kapitan olan Rəşad Sadıqov zədəli olmasına baxmayaraq, bu çətin məqamda məsuliyyəti öz üzərinə götürməklə müdafiənin mərkəzində yer aldı. İlqar Qurbanov müdafiənin sağ cinahında yer almışdı. Arif Daşdəmirovdan bir baş üstün oynayan müdafiəçi oyunboyu uzun ötürmələri ilə daha çox yadda qaldı. Məhz İlqarın belə ötürmələrinin birində qapıcı ilə üzbəüz qalan Dinonun zərbəsi qapı dirəyinə tuş gəldi. Hücümda Dinoya şans vermək də Qurbanovun alqışlanası, düzgün seçimi idi. Sol cinahda yer alan Aqolli də matçın ən yaxşılarından biri kimi yadda qaldı.

PAOK-la son oyunda quzuya, “Qarabağ”la matçda şirə dönən rəqib

“Fiorentina”nın son ev oyununda PAOK-a uduzması müəyyən şübhələr yaratsa da, güman edilirdi ki, “Tofiq Bəhramov”da da rəqib İtaliya çempionatındakı matçları düşünərək əsas heyət oyunçularına əziyyət verməyəcək. Amma oyunun gedişi göstərdi ki, “Fiorentina” onu qrup birincisi edəcək heç-heçəylə belə razılaşmaq istəmir. Hücümda Babakardan “bir səs” çıxmadığını görən baş məqşçi ikinci yarıda Kaliniçi döyüşə ataraq hücumu daha da gücləndirdi. Hələ “Dnepr”də oynadığı dövrdən “Qarabağ”ın qara kabusuna çevrilən hüçümcü 2 məhsuldar ötürməsi ilə komandamız üçün arzuedilməz şəxs olduğunu bir daha sübut elədi.

“Qarabağ”in dişsiz ehtiyat qüvvəsi

Oyunun gedişində baş məşqçi Qurban Qurbanov 3 əvəzetmədən istifadə etsə də, yalnız Reynaldo ona bəslənən ümidləri doğruldaraq komandamızın yeganə qolunun müəllifi oldu.  Muarremin yerinə meydana daxil olan Əfran İsmayılov oyunda olduğu müddətdə çox ötürməni səhv Verdi, bu az deyilmiş kimi, ilk hissədə aktiv olan sağ cınahın, sözün bütün mənalarında “sönməsinə” vəsilə oldu. Mahir Mədətov isə Avroliqadakı oyunları ilə hələlik “Sumqayıt” və ya AZAL kimi komandalarımızda oynamağa layiq olduğunu nümayiş etdirdi.

Təşəkkürlər,  “Qarabağ”  və azarkeşlər

Soyuq bir dekabr günündə stadionu dolduran azarkeşlərə və son 3 mövsüm Avroliqa oyunlarında  play off şansını son oyuna qədər saxlayan “Qarabağ”a təşəkkür etməmək ədalətsizlik olardı. Nəzərə alsaq ki, klubumuz bu cür uğurlu nəticəni  kiçik büdcə və Avropa səviyyəsindən uzaq, məhdud heyəti ilə göstərir, o zaman nə qədər haqlı olduğumuz bilinər.
Ölkəmizdə milyonlarla azarkeşə malik, həmişə adı ilə dərdimizi təzələyən, eyni zamanda qələbələri ilə yaralarımıza məlhəm olan “Qarabağ”ın 1/16 final mərhələsində oynamamasının səbəbkarı kimdir?  Bu sualın düzgün cavabını tapmağı oxucularımızın ixtiyarına buraxıram:

A) Öz meydanda PAOK-a uduzan “Fiorentina”;

B) Hər il Avroliqada qrupdan çıxmaq həyəcanını son oyuna qədər daşıyan “Qarabağ”ın oyunçuları və baş məşqçisi Qurban Qurbanov;

C) Hər mövsümdə əsasən köhnə heyətə güvənən klub rəhbərliyi.

Fikrimcə, “Qarabağ” klubu gələcəkdə azarkeşlərə Avroliqada 1/16 mərhələyə çıxmaq və ya Çempionlar liqasının qrup mərhələsində oynamaq həyəcanını yaşatmaq istəyirsə, klub artıq qış fasiləsindən güclü transferlər üçün maliyyə ayırmalıdır. Əks halda, əgər çempionatın sonunda Avropaya getmək hüququ qazanarsa, o zaman bu heyətlə hətta Avroliqanın qrup mərhələsində oynamaq belə qismət olmaya bilər.

Anar BAYRAMOV

3873 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
25.12.2016  15:24 Futbolumuz 2016-da: qara və ağ siyahı
 
 
 
  16.01.17
14:40
  Superliqada növbəti baş məşqçi istefası
14:31
  Məşhur rus qəzetinin manşetindəki azərbaycanlı - Tarixin şəkli
14:22
  Etopaz-da 9 canlı oyun
13:56
  Maradona “Napoli”yə qayıdır
13:41
  Aleksandr Səmədov rəsmən “Spartak”da
13:19
  Paraqvaylı futbolçu “Neftçi”də
12:52
  "Zirə" Türkiyəyə getdi
12:23
  Çin legioner limitini dəyişdi - rəsmi
12:04
  Togrul Bağırov: “London mənə əvvəlki Bakını xatırladır”
11:56
  "Sumqayıt"ın ikinci sınağı
11:36
  “Qarabağ” o futbolçunu göndərdi
11:20
  Millimizin qələbəsi - Video
11:05
  Özil Almaniyanın ən yaxşı oyunçusu seçildi
10:49
  "Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi
10:30
  Premyer Liqamızda qış transferləri - Yenilənir
10:12
  "Yuventus" hücumçusunu icarəyə verdi
09:55
  "Qəbələ" hazırlıqlarını davam etdirir
02:15
  "Sevilya" "Real"ı dayandırdı - Video
02:04
  "Yuventus" uduzdu - Video
01:53
  "Real”ın məğlubiyyətsizlik seriyası qırıldı
01:35
  "Fənərbaxça" autsayderlə bacarmadı
01:02
  "Neftçi" belə uduzdu - Video
00:53
  “Səhvə yol vermədik” – Svanadze
00:26
  "Qarabağ"ın qələbəsi - Video
00:15
  Arda Turan basketbol oynadı - Şəkillər
  15.01.17
23:00
  İran - Azərbaycan - Şəkillər
22:16
  "Mançester Yunayted" - "Liverpul" oyununda heç-heçə - Video
21:30
  "Çatışmayan cəhətlər var idi" - Qurban Qurbanov
21:19
  "Azərbaycan millisinə təşəkkür edirəm"
21:00
  "Baxımlı oynamadıq" - Təbriz Həsənov
20:33
  "İnter"dən heç-heçə
20:23
  "Qarabağ" qələbə ilə başladı
19:59
  "Neftçi" uduzdu
19:37
  "Everton" "Mançester Siti"ni darmadağın etdi - Video
18:46
  “Üstümә bomba bağlayıb Ermənistanı partladaram…” - Kamran Ağayev
18:19
  Millimiz İrana qalib gəldi
16:18
  Çin legioner limitini sərtləşdirir
15:36
  "Şəmkir"dən ikinci qələbə
15:20
  "İnter" Qazaxıstan klubuna qarşı
15:05
  "Bavariya"dan 2 transfer
14:53
  "Qarabağ"ın ilk sınağı
12:00
  Kosta qərarını verdi
11:15
  "Qəbələ"nin fiziki hazırlıq üzrə məşqindən - Video
10:52
  Ardadan rekord
10:06
  "Zirə"dən qələbə
09:47
  Yığmamızdan heç-heçə - Video
02:10
  “Qəbələ” Türkiyə klubunu darmadağın etdi
01:51
  “Qarabağ” qapıçısını icarəyə verdi
01:39
  “Korintians” Droqbadan imtina etdi
01:28
  "Atletiko" 3 xalı tək qolla qazandı Video
01:12
  Draksler PSJ-yə qələbə qazandırdı - Video
00:57
  "Arsenal"dan 4 qollu qələbə - Video
00:41
  "Çelsi" "Lester"ə şans tanımadı - Video
00:29
  “Başakşehir” evdə, “Qalatasaray” səfərdə sevindi
00:14
  “Tottenhem”, “Arsenal” və “Çelsi”dən böyükhesablı qələbə
BÜTÜN XƏBƏRLƏR
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore