Qol.Az - print Qol.Az

“Xəzər Lənkəran” azarkeşləri “Olimpiya” ilə oyuna necə baxa bilər?


 

“Xəzər Lənkəran” azarkeşləri “Olimpiya” ilə oyuna necə baxa bilər?

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Olimpiya" (Moldova) - "Xəzər Lənkəran" matçı televiziya vasitəsi ilə canlı yayımlanmayacaq. Qol.Az-ın məlumatına görə, qarşılaşmanı yayımlamalı olan “Moldova-1” kanalı lənkəranlıların oyununu yalnız videoyazı şəklində təqdim edəcək. Videoyazının Bakı vaxtı ilə saat 01:10-da başlayacağını da vurğulayaq. Lakin azərbaycanlı azarkeşlər qarşılaşmanı internet vasitəsi ilə izləmək iskanı qazanacaq. Belə ki, sports.md internet televiziyası Azərbaycanda yayımına qoyduğu qadağanı qaldırıb. Bu gün Bakı vaxtı ilə saat 21.00-da başlayacaq qarşılaşmanı bu sayt vasitəsi ilə canlı izləmək mümkün olacaq.
Qeyd edək ki, sports.md əvvəlcədən matçı Azərbaycandan izləməyin mümkün olmayacağını açıqlamışdı.

 

 





01.07.2010    çap et  çap et