Qol.Az

"Keşlə"nin oyununa hakim təyinatları açıqlandı


 

"Keşlə"nin oyununa hakim təyinatları açıqlandı

Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Baltsan" - "Keşlə" oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Bolqarıstan Futbol Federasiyasından Volan Çinkov idarə edəcək. Ona həmyerliləri Georgi Sokolov, Dragomir Draganov köməklik edəcək. Dördüncü hakim funksiyasını Pyetur Siqurdsson (İslandiya) yerinə yetirəcək.

Qeyd edək ki, "Baltsan" - "Keşlə" görüşü sabah keçiriləcək.

 





11.07.2018    çap et  çap et