Qol.Az

“Fransa antifutbol oynayan komandadır” – Kurtua


 

“Fransa antifutbol oynayan komandadır” – <b style="color:red"> Kurtua</b> “Fransa bizə künc zərbəsindən qol vurdu. Buna qədər isə yalnız öz qapılarını qorumaqla məşğul idilər”.

Qol.az-ın məlumatına görə, bu sözləri Belçika millisinin qapıçısı Tibo Kurtua "The Guardian"a açıqlamasında deyib.

O, DÇ-2018-in yarımfinalında uduzduqları (0:1) Fransa millisinin layiqli qələbə qazanmadığını bildirib: “Mən 1/4 finalda Braziliyaya uduzmağı üstün tutardım. Hər halda onlar futbol oynamaq istəyirdilər. Fransa isə antifutbol oynayan komandadır”.

Qeyd edək ki, Belçika İngiltərə - Xorvatiya cütünün məğlubu ilə 3-cülük uğrunda oynayacaq.
 





11.07.2018    çap et  çap et