Qol.Az

İnzaqinin yeni iş yeri müəyyənləşdi


 

İnzaqinin yeni iş yeri müəyyənləşdi İtaliya millisinin və "Milan"ın sabiq futbolçusu Filippo İnzaqinin yeni iş yeri müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, 45 yaşlı məşqçi "Bolonya" nı çalışdıracaq. Klubun rəsmi saytı veteran hücumçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. O, A Seriyası təmsilçisində Roberto Donadonini əvəzləyib.

Qeyd edək ki, İnzaqi daha əvvəl “Milan” və “Venetsiya” klublarını çalışdırıb.
 





13.06.2018    çap et  çap et