Qol.Az - print Qol.Az

Yuri Maksimov əfsanələrin oyununda


 

Yuri Maksimov əfsanələrin oyununda İyunun 16-da “Lvov Arena”da Ukrayna və Gürcüstan futbolunun əfsanələri arasında yoldaşlıq oyunu keçiriləcək.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, “Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov da sözügedən qarşılaşmada iştirak edəcək. Ukrayna yığmasını baş məşqçi kimi meydana 2008-ci ildə “Neftçi”ni çalışdırmış Anatoli Demyanenko çıxaracaq.

Gürcüstanın veteranlardan ibarət yığmasında da Azərbaycan futbolu üçün kifayət qədər tanış sima var. “İnter”in (indiki “Keşlə”) sabiq üzvləri Aleksandr Amisulaşvili və Aleksandr İaşvili, “Simurq”un keçmiş baş məşqçisi Georgi Çixradze də əfsanələrin oyununda forma geyinəcək.
 





13.06.2018    çap et  çap et