Qol.Az

“Monako”nun yarımmüdafiəçisi “Atletiko”da


 

“Monako”nun yarımmüdafiəçisi “Atletiko”da “Monako”nun yarımmüdafiəçisi Toma Lemar karyerasını “Atletiko”da davam etdirəcək.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçunun keçidi ilə bağlı 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Hələlik keçidin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl “Atletiko” Lemar üçün 60 milyon avro təklif etmişdi. “Monako” isə fransız futbolçu üçün 80 milyon tələb edirdi.
 





13.06.2018    çap et  çap et