Qol.Az

İspaniya millisinin üzvü sağaldı - DÇ-2018


 

İspaniya millisinin üzvü sağaldı -<b style="color:red"> DÇ-2018</b>

Çempionlar Liqasının finalında "Liverpul"la oyunda (3:1) zədələnən "Real"ın müdafiəçisi Dani Karvahal sağalıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komanda ilə ümumi məşqlərdə iştirak edib. Təcrübəli futbolçunun DÇ-2018-in qrup mərhələsinin ilk turunda Portuqaliyaya qarşı oynayıb-oynamayacağı hələlik məlum deyil.

Qeyd edək ki, İspaniya - Portuqaliya matçı iyunun 15-də keçiriləcək.

 





12.06.2018    çap et  çap et