Qol.Az - print Qol.Az

Qrizmann “Atletiko”dan getmir


 

Qrizmann “Atletiko”dan getmir

“Barselona”ya keçəcəyi iddia olunan Antuan Qrizmann hazırkı klubu “Atletiko”da qalmağı qərar verib.

Qol.az-ın xəbərinə görə, bu haqda ABC məlumat yayıb. Mənbə bildirib ki, klub rəhbərliyi fransalı futbolçunu fikrindən daşındıraraq “Atletiko”da qalmağa razı sala bilib.

Bildirilir ki, Qrizmann “Barselona”da Messinin kölgəsində qalmaq istəmir. Bundan başqa “Atletiko”nun Qrizmannın maaşını artıraraq illik 20 milyon avroya çatdıracağı iddia edilir.

 





04.06.2018    çap et  çap et