Qol.Az - print Qol.Az

Peru yığmasının da ilkin heyəti açıqlandı – DÇ-2018


 

Peru yığmasının da ilkin heyəti açıqlandı –<b style="color:red"> DÇ-2018</b> Dünya çempionatında mübarizə aparacaq Peru yığmasının da ilkin heyəti açıqlanıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Rikardo Qareka milliyə 24 futbolçu dəvət edib.

Qapıçılar: Pedro Qalyese (“Verakrus”), Karlos Kaseda (“Deportivo Munisipal”),Xose Karvalyo (“UT de Kaxamarka”)

Müdafiəçilər: Luis Abram (“Veles Sarsfild”), Luis Advinkula (“Lobos”), Migel Arauxo (“Alyansa Lima”),Aldo Korso (“Universitario Deportes”), Nilson Loyola (“Melqar”), Kristian Ramos (“Verakrus”), Alberto Rodriqes (“Sportinq Kristal”), Anderson Santamariya (“Puebla”), Migel Trauko (“Flamenqo”)

Yarımmüdafiəçilər: Pedro Akinyo (“Lobos”), Vilder Kartaxena (“Verakrus”), Kristian Kueva (“San Paulu”), Edison Flores (“Olborq”), Serxio Penya Flores (“Qranada”), Renato Tapiya (“Feyenoord”), Yosimar Yotun (“Orlando Siti”)

Hücumçular: Paolo Urtado (“Vitoriya Gimaraeş”), Endi Polo (“Portlend Tombers”), Andre Karrilyo (“Uotford”), Raul Ruidias (“Moreliya”), Cefferson Farfan (“Lokomotiv”, Moskva)

Peru yığması DÇ-2018-də İsveç, Danimarka və Fransa ilə C qrupunda yer alıb.

Qeyd edək ki, narkotikdən istifadə etdiyi üçün cəzalanan millinin kapitanı Xose Paolo Gerrero mundialdan kənarda qalacaq.
 





16.05.2018    çap et  çap et