Qol.Az

Bezotosnı daha 1 il "Qəbələ"də


 

Bezotosnı daha 1 il "Qəbələ"də "Qəbələ" qapıçısı Dmitri Bezotosnı ilə müqaviləni artırıb.

Bu barədə Qol.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Ukraynalı qolkiper daha bir il "qırmızı-qaralar"da çıxış edəcək.

Qeyd edək ki, 34 yaşlı qapıçı 2015-ci ilin yanvarından "Qəbələ"də oynayır.
 





16.05.2018    çap et  çap et