Qol.Az - print Qol.Az

"Barselona" müdafiəçi alır


 

"Barselona" müdafiəçi alır "Barselona" müdafiə xəttini gücləndirir.

Qol.az-ın "Mundo Deportivo"ya istinadən yaydığı xəbərə görə, Kataloniya klubu "Sevilya"nın futbolçusu Kleman Lanqleni heyətinə cəlb edir.

Artıq iki tərəflər arasında razılıq əldə olunduğu və Klemanın yeni klubu ilə 5 illik müqavilə imzalayacağı  bildirilir. "Barselona" 22 yaşlı fransız müdafiəçi üçün 35 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kleman Lanqle bu mövsüm İspaniya La Liqasında 34 oyuna çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
 





16.05.2018    çap et  çap et