Qol.Az - print Qol.Az

Qvardiola ən yaxşı məşqçi seçildi


 

Qvardiola ən yaxşı məşqçi seçildi

İngiltərə Premyer Liqasında 2017/2018 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Qol.az-ın liqanın saytına istinadən yaydığı xəbərə görə, "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola mövsümün ən yaxşısı seçilib. O, ekspertlər və futbolsevərlər arasında keçirilən səsvermənin yekun nəticəsin əsasən, birinci olub.

Qeyd edək ki, "Mançester Siti" bu mövsüm İngiltərə Premyer Liqasında çempionluğu rəsmiləşdirib.

 





16.05.2018    çap et  çap et