Qol.Az

Super Liqada əcnəbi baş məşqçi qalmadı


 

Super Liqada əcnəbi baş məşqçi qalmadı Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası reallaşıb.

Qol.az-ın xəbərinə görə, “Kayserispor” baş məşqçisi Marius Şumudiça ilə yollarını ayırıb.

Rumıniyalı mütəxəssis avrokuboklara vəsiqə qazanmadıqları üçün özü komandadan getmək qərarına gəlib.

Bu istefadan sonra Türkiyə Super Liqasında əcnəbi baş məşqçi qalmayıb.

Qeyd edək ki, Şumudiça Kayseri təmsilçisini ötən ilin yayından çalışdırırdı.
 





16.05.2018    çap et  çap et