Qol.Az - print Qol.Az

Millimizin oyununun hakimləri bəlli oldu


 

Millimizin oyununun hakimləri bəlli oldu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan millilərinin yoxlama oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakıda keçiriləcək matçı Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.

Qeyd edək ki,  “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Gürcüstan görüşü bu gün saat 19:00-da başlayacaq.
 

 





16.05.2018    çap et  çap et