Qol.Az

"Yuventus"dan "İnter"ə


 

"Yuventus"dan "İnter"ə

"Yuventus"un müdafiəçisi Kvadvo Asamoa yeni mövsümdən “İnter”də çıxış edəcək.

Qol.az-ın "La Gazetta dello Sport"a  istinadən yaydığı xəbərə görə,  qanalı futbolçu Milan təmsilçisində tibbi müayinədən keçib. Onunla 3 illik anlaşma əldə edildiyi bildirilir.

Qeyd edək ki, Qana millisinin üzvü 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçmişdi.

 





15.05.2018    çap et  çap et