Qol.Az - print Qol.Az

Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı


 

Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Ümit Özatla yollarını ayırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav “Hürriyət”ə açıqlamasında məlumat verib.

O, Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini deyib.

“Gənclərbirliyi”nin Türkiyə Superliqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşdiyi üçün klub rəhbərliyi belə qərar verib.

Qeyd edək ki, "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.
 





15.05.2018    çap et  çap et