Qol.Az

Millimizin Latviya ilə oyununun vaxtı açıqlandı


 

Millimizin Latviya ilə oyununun vaxtı açıqlandı Azərbaycan milli komandasının Latviya yığması ilə iyunun 9-da keçirəcəyi yoldaşlıq oyununun başlanma saatı müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Riqada keçiriləcək qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimizin mayın 29-da Qırğızıstan, iyunun 5-də isə Qazaxıstanla yoxlama oyunu nəzərdə tutulub.
 





14.05.2018    çap et  çap et