Qol.Az

"Qarabağ" 5 ildir belə uduzmurdu


 

"Qarabağ" 5 ildir belə uduzmurdu Topaz Premyer Liqasının XXVII turu son 5 mövsümün çempionu “Qarabağ”ın böyükhesablı məğlubiyyəti ilə yadda qaldı.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə məğlubiyyət alıb.

Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/13 mövsümünə təsadüf edib. “Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib. Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.
 





14.05.2018    çap et  çap et