Qol.Az

"Axırıncı yeri tutan komanda birinci Diviziona getməlidir" – Elxan Məmmədov


 

"Axırıncı yeri tutan komanda birinci Diviziona getməlidir" – <b style="color:red">Elxan Məmmədov</b>

“Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".

Qol.az-ın yaydığı xəbərə göə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov “Report” agentliyinə açıqlamasında Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.

O, Gəncə komandasının gələn mövsüm Topaz Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub: "İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".

"Xəzər"in aqibəti necə olacaq?

Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb: "Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".

AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib.

 





13.05.2018    çap et  çap et