Qol.Az

Salah yenə birinci oldu


 

Salah yenə birinci oldu

"Liverpul"da 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın hücumçusu Məhəmməd Salah həm azarkeşlər, həm də oyunçular arasında keçirilən səsvermədə birinci olub.

Misir futbolçu Premyer Liqada bu mövsüm 35 oyunda 31 qol vurub, 9 qolu ötürməsini verib. Salah Çempionlar Liqasında 11 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, M.Salah 2017-ci ildə “Roma”dan 42 milyon avroya "Liverpul"a transfer edilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu bundan əvvəl ölkənin İdman Jurnalistləri Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı oyunçusu seçilib.

 





11.05.2018    çap et  çap et