Qol.Az

"Sumqayıt" uduzdu, "Kəpəz" diviziona düşdü


 

"Sumqayıt" uduzdu, "Kəpəz" diviziona düşdü

Bu gün Topaz Premyer Liqada 25-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, sonuncu oyun günündə 1 matç keçirilbr. Günün yeganə matçında "Sumqayıt" öz meydanında "Səbail"i qəbul edib. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə 23 xalı olan debütantın da ən pis halda 7-ci yeri tutacağı müəyyənləşib. Çünki 13 xalı olan “Kəpəz” son 3 turda qələbə qazansa belə, sonuncu pillədən qurtula bilməyəcək. 

Qeyd edək ki,çempionatın hazırkı əsasnaməsinə görə,  sonuncu yeri tutduğundan "Kəpəz" növbəti mövsümdən birinci divizionda oynamalıdır. Amma yeni mövsümdə Premyer Liqada komandaların sayının artırılacağı ehtimal edildiyindən Gəncə klubunun növbəti futbol ilində də yüksək liqada oynayacağı gözlənilir.

29 aprel

Topaz Premyer Liqası

XXV tur

19:00. "Sumqayıt” - “Səbail” - 1:2
Qollar:
Faruk Miya, 30 (0:1), Aqşin Qurbanlı, 39 (0:2), Amil Yunanov, 76 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Azər Əsgərov, Ramil Diniyev
“Kapital Bank Arena”

27 aprel (cümə)

“Zirə” - “Qarabağ” - 1:2

28 aprel (şənbə)

“Keşlə” - “Neftçi” - 2:1

“Qəbələ” - “Kəpəz” 3:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 19 5 1 36-9 62
2 Qəbələ 25 13 6 6 40-24 45
3 Sumqayıt 25 11 6 8 32-28 39
4 "Neftçi" 25 11 4 10 32-25 37
5 "Zirə" 25 9 8 8 31-28 35
6 Keşlə 25 6 6 13 24:38 24
7 Səbail 25 6 5 14 18:34 23
8 Kəpəz 25 3 4 18 15:42 13


Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 12 qol
Amil Yunanov ("Sumqayıt") - 9 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Stiven Monroz ("Qəbələ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol

 





29.04.2018    çap et  çap et