Qol.Az

Buffona Argentinadan təklif var


 

Buffona Argentinadan təklif var "Yuventus"un qapıçısı Canluicci Buffon Argentinadan transfer təklifi alıb.

Qol.az-ın "Radio Continental"a istinadən yaydığı məlumata görə, "Boka Xuniors" 40 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Xəbərdə klubun Libertaderos kubokunu qazanmaq üçün qapı xəttini gücləndirmək istədiyi qeyd olunub.

Bu işdə argentinalı futbolçu - Buffonun sabiq komanda yoldaşı Karlos Tevezin vasitəçi olduğu bildirilir.
Qeyd edək ki, Buffonun mövsümün sonunda karyerasını başa vuracağı ehtimalı var.
 





16.04.2018    çap et  çap et