Qol.Az

“Bavariya”da ciddi itki - “Real”la oyunu buraxa bilər


 

“Bavariya”da ciddi itki - <b style="color:red">“Real”la oyunu buraxa bilər</b>

“Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal zədələnib.

Qol.az-ın “Bild” nəşrinə istinadən yaydığı xəbərə görə, komandasının məşqində çilili oyunçu qəfildən dizini tutub və özü meydanı tərk edə bilməyib. Əvvəllər də Vidal eyni problemlə üzləşmiş, bu səbəbdən bir neçə həftə “Bavariya”ya kömək edə bilməmişdi.

Onun “Real”la Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk matçını buraxması ehtimalı var. Həmin görüş aprelin 25-də Münhendə, cavab oyunu mayın 1-i Madriddə keçiriləcək.

 





16.04.2018    çap et  çap et