Qol.Az - print Qol.Az

Adrian Mutu baş məşqçi oldu


 

Adrian Mutu baş məşqçi oldu Məşhur rumıniyalı futbolçu Adiran Mutu məşqçi karyerasına başlayıb.

Qol.az-ın xəbərinə görə, 39 yaşlı veteran hücumçu "Voluntari"nin baş məşqçisi təyin edilib.

Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb.
 





16.04.2018    çap et  çap et