Qol.Az - print Qol.Az

Batşuayi mundialı buraxa bilər


 

Batşuayi mundialı buraxa bilər Belçika millisinin və "Borussiya"nın futbolçusu Mişi Batşuayi ciddi zədə alıb.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçu Bundesliqanın 30-cu turunda "Şakle" ilə görüşdə zədələnib və meydan xərəklə tərk edib. Diz bağlarından zədə alan futbolçunun durumuna yaxın günlərdə aydınlıq gələcək. Onun yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxacağı da gözlənilir.

Qeyd edək ki, Batşuayi bu mövsüm Dortmund klubunun heyətində 10 oyuna 7 qol vurub.
 





16.04.2018    çap et  çap et