Qol.Az

"Qəbələ"nin sabiq futbolçusundan sərt etiraz - Video


 

"Qəbələ"nin sabiq futbolçusundan sərt etiraz - <b style="color:red">Video</b>

"Qəbələ”nin sabiq futbolçusu, hazırda "Reyncers"də çıxış edən Endi Hallidey qalmaqal yaradıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Şotlandiya kubokunun yarımfinalında "Seltik”ə 0:4 hesabı ilə uduzduqları oyunun 40-cı dəqiqəsində əvəzlənməsinə sərt formada etiraz edib. A.Hallidey əvəzlənməsinə əsəbiləşib və baş məşqçi Qrem Mertinə  kobud ifadələr işlədib. Komanda yoldaşı Brunu Alveş Hallideyi çətinliklə sakitləşdirib.

Qeyd edək ki, E. Hallidey "Qəbələ"yə ötən yay elə "Reyncers"dən 1 illik icarəyə götürülsə də, qışda Qlazqo komandasına qaytarılıb.


 





16.04.2018    çap et  çap et