Qol.Az - print Qol.Az

Hollandiyada da çempion müəyyənləşdi


 

Hollandiyada da çempion müəyyənləşdi İngiltərə Premyer Liqasından sonra Hollandiya çempionatında da 2017/2018 mövsümünün qalibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, 31-ci turda doğma meydanda “Ayaks”ı 3:0 hesabı ilə məğlub edən PSV 24-cü çempionluğunu rəsmiləşdirib. Bu qələbədən sonra xallarının sayını 80-ə yüksəldən Eyndhoven təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi “Ayaks”ı 10 xal qabaqlayır.

Qeyd edək ki, bu gün İngiltərədə “Mançester Yunayted”in “Vest Bromviç”ə uduzmasından sonra “Mançester Siti” də vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
 





15.04.2018    çap et  çap et