Qol.Az

“Gücümüzü kuboka saxlamışıq” – Yuri Maksimov


 

“Gücümüzü kuboka saxlamışıq” – <b style="color:red">Yuri Maksimov</b>

“Üç gün öncə Azərbaycan kubokunda üz-üzə gələn komandalar qarşılayırdı. Deməzdim ki, oyuna ciddi hazırlaşmamışdıq. Bəzi yerli oyunçulara şans vermişdik. Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq”.
 
Qol.az-ın məlumatına görə, bunu "Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqanın 23-cü turunda səfərdə "Sumqayıt”la 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, matçın hakimliyinə etirazı olmadığını, baş hakim Rauf Cabbarovun görüşü necə lazımdırsa, elə də idarə etdiyini bildirib: “Düzdü, ikinci qolun oyundankənar epizoddan vurulduğunu söyləyirlər. Amma təkrara baxmaq lazımdır”.
 
Ukraynalı mütəxəssis  "Sumqayıt”la kubokun yarıfinal mərhələsinin təkrar görüşü haqda deyib: “Heyət və taktiki planda dəyişikliklərin olması mümkündür”.

 





15.04.2018    çap et  çap et