Qol.Az

Klopp “Roma” ilə düşdüklərinə sevinmir


 

Klopp “Roma” ilə düşdüklərinə sevinmir

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, "Roma" ilə düşdükləri üçün sevinmədiyini deyib: "Danışmalı olduğumu bilirdim. Ona görə nə hiss etdiyim barədə düşünməyə çalışdım, ancaq “Bavariya” və “Real”la düşmədiyimizə görə şükür edib, “Roma”ya sevinmək kimi bir fikrim yoxdur".

O, finala yüksəlmək şanlarının olduğunu vurğulayıb: "Bu, sadəcə, püşkatmadır. Əsas odur ki, mübarizəni davam etdiririk. Rəqibin kimliyindən asılı olmayaraq, bu, futboldur, hər zaman şans var. "Roma" ilə görüşdə də şansımız var".

Y.Klopp bildirib ki, əgər insanlar onlara asan rəqibin düşdüyünü düşünürlərsə, yanılırlar: "Mən həmin insanların fikrini dəyişə bilmərəm. Yəqin onlar "Roma"nın "Barselona"ya qarşı etdiklərini görməyiblər. "Roma" ikinci görüşdə demək olar ki, mümkünsüzü bacardı. Onlar həmin matçda 4:0 və ya 5:0 hesabı ilə qalib gələ bilərdilər".

Qeyd edək ki, "Liverpul" yarımfinalda "Roma" ilə qarşılaşacaq. Bu mərhələnin digər matçında isə "Real"la "Bavariya" üz-üzə gələcək.

 





13.04.2018    çap et  çap et