Qol.Az

Yuri Maksimov istefa məsələsinə münasibət bildirdi


 

Yuri Maksimov istefa məsələsinə münasibət bildirdi "Keşlə"nin baş məşqçisi Yuri Maksimov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərin əsassız olmadığını təsdiqləyib. 

Qol.az-ın xəbərinə görə, ukraynalı mütəxəssis "CBC Sport" kanalına açıqlamasında deyib: "Bunun səbəbi var idi. Amma həmin səbəblər haqqında danışmaq istəməzdim". 

Qeyd edək ki, Maksimovun Topaz Premyer Liqanın ötən turunda "Neftçi"yə məğlubiyyətdən sonra istefa verəcəyi haqda məlumat yayılmışdı. 
 





13.03.2018    çap et  çap et