Qol.Az

Avroliqa oyunu öncəsi bədbəxt hadisə


 

Avroliqa oyunu öncəsi bədbəxt hadisə Avropa Liqasının 1/16 final mərhələsində bu gün keçiriləcək “Srvena Zvezda” – MOİK oyunundan öncə bədbəxt hadisə baş verib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Moskva klubunun azarkeşlərindən biri səhər saatlarında Belqradda dünyasını dəyişib.

Onun ölümünə ürəkdayanması səbəb olduğu bildirilir.

Qeyd edək ki, “Rayko Mitiç” stadionunda keçiriləcək “Srvena Zvezda” – MOİK qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.
 





13.02.2018    çap et  çap et