Qol.Az

Millimizin üzvü Hollandiya klubunda debüt etdi


 

Millimizin üzvü Hollandiya klubunda debüt etdi

U-21 millimizin üzvü Ozan Can Kökcü yeni klubu "Valveyk"də debüt edib.

Qol.az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi Hollandiya birinci divizionunun 20-ci turunda "Alkmaar”ın gənclər komandası ilə görüşdə start heyətində meydana daxil olub. O, 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Valveyk" 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, O.C.Kökçü qış fasiləsində Türkiyənin "Bursaspor” klubundan cari mövsümün sonuna qədər "Valveyk”ə icarəyə verilib. O,Türkiyənin Antalya bölgəsində toplanışda olan U-21 millimizə dəvət alıb.

 





13.01.2018    çap et  çap et