Qol.Az - print Qol.Az

“Azərbaycan kifayət qədər güclü komandadır” – Aleksandr Spiridon


 

“Azərbaycan kifayət qədər güclü komandadır” – <b style="color:red"> Aleksandr Spiridon</b> "Yeni ildən sonra Pavel Georgiyeviçlə görüşdük, milli komandanı çalışdırmağı təklif etdi. Mən isə razılıq verdim”.

Qol.az-ın məlumatına görə, bu sözləri Moldova millisinin yeni baş məşqçisi Aleksandr Spiridon deyib.

Təyinatından sonra yerli jurnalistlərin suallarını cavablandıran məşqçi yoxlama oyununda qarşılaşacaqları Azərbaycan millisi haqda da danışıb:

“Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticə göstərməsin? Çoxdandır yerli futbolu izləmirəm. Ona görə də mənə maraqlı gəlir. Yanvarın 27-sində Cənubi Koreya, 30-da isə Azərbaycanla yoxlama oyunlarımız var. Hər ikisi kifayət qədər güclü komandalardır”.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri yanvarın 27-də Antalyada qarşılaşacaq.
 





12.01.2018    çap et  çap et