Qol.Az

Moldova millisində yeni baş məşqçi


 

Moldova millisində yeni baş məşqçi

Yanvarın 30-da Antalyada millimizlə yoxlama oyunu keçirəcək Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı Aleksandr Spiridon çalışdıracaq. Bu isə o deməkdir ki, Moldovanı millimizlə oyuna 57 yaşlı mütəxəssis çıxaracaq.

Qeyd edək ki, Aleksandr Spiridon əvvəllər də Moldova yığmasında çalışıb. Onun 2001-ci ilə təsadüf edən debüt matçında məhz Azərbaycan yığması üzərində 2:0 hesablı qələbə əldə olunub. Bu oyun DÇ-2002-in seçmə mərhələsi çərçivəsində keçirilib. 

 





12.01.2018    çap et  çap et