Qol.Az

Elyunussi AİK-ə keçməyə razılıq verdi


 

Elyunussi AİK-ə keçməyə razılıq verdi

"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi Ağdam klubundan ayrılmaq üzrədir.

Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, İsveçin AİK klubu 29 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib.

"Olimpiakos"un bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da  cəmi 8 oyun keçirib.

 





12.01.2018    çap et  çap et