Qol.Az

"Yüksəkdən uçursan və..." - Renat Dadaşov


 

"Yüksəkdən uçursan və..." - <b style="color:red">Renat Dadaşov</b>

Millimizin futbolçusu Renat Dadaşov "İnstagram" səhifəsində etdiyi paylaşımla diqqət çəkib.

Qol.az-ın məlumatına görə,  "Ayntraxt"ın hücumçusu  özünün "İnstagram” səhifəsində  topa zərbə vurarkən havada olduğu an çəkilən şəklini paylaşıb və bu sözləri yazıb: “Yüksəkdən uçursan və anidən aşağı düşürsən . Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.

Almaniya mətbuatı onun bu  paylaşımla   Frankfurt klubunun idman direktoru Fredi Bobiçə cavab verdiyini yazıb.

Qeyd edək ki, F.Bobiç  R.Dadaşovun fasilə dönəmində proqrama əməl etmədiyi üçün onun fiziki durumunun zəiflədiyini açıqlayıb. Bu səbəbdən millimizin oyunçusu "Ayntraxt"ın əsas komandası ilə İspaniyaya aparılmayıb.

 





12.01.2018    çap et  çap et