Qol.Az

Messi ən yaxşı bombardirlər siyahısında


 

Messi ən yaxşı bombardirlər siyahısında

"Barselona"nın futbolçusu Lionel Messi İspaniya kuboku tarixinin ən yaxşı 10 bombardiri siyahısına daxil olub.

Qol.az-ı İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, kubokun 1/8 finalında "Selta"ya qarşı cavab  matçında (5:0) dubla imza atan argentinalı hücumçu bu turnirdə vurduğu qolların sayını 46-ya yüksəldib. Bununla da o, bombardirlər siyahısında 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə Telmo Sarra (81 qol) qərarlaşıb.

 





12.01.2018    çap et  çap et